Icma.az
close
up
RU
MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanda çox möhtəşəm döyüş gecəsi keçirildi. Belə nüfuzlu turnirin ölkəmizdə təşkil olunacağını bir neçə il öncə təxmin etmək çətin idi. Amma biz bunu bacardıq. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında MMA üzrə mütəxəssis Şiraslan Kərimov deyib.

O, Azərbaycan idmançılarının Bakının ilk dəfə ev sahibliy UFC turnirindəki çıxışını dəyərləndirib: “Rafael Fiziyev çilili İqnasio Bahamondeslə döyüşdə öz təcrübəsini göstərdi. Son döyüşlərdə üç məğlubiyyət almasına baxmayaraq, hazırda ideal formadadır. Onun səviyyəsi rəqibindən qat-qat üstündür. Rafael göstərdi ki, rəqib nə qədər hərtərəfli olsa da, bəzi hallarda təcrübə daha vacibdir. Əslində nokaut gözləyirdim. Amma təmsilçimizə sadəcə qələbə lazım idi. Doğru taktikalardan istifadə edərək görüşdən qalib ayrıldı. Ümumiyyətlə, MMA elə bir idman növüdür ki, yaxşı nəticə üçün hərtərəfli olmaq lazımdır. Rafael də bunu sübut etdi. Nazim Sadıxova gəlincə, mənə görə, o, braziliyalı rəqibi Nikolas Motta ilə eyni səviyyədədir. Bəzi insanlar fikrimlə razı deyillər. Döyüşdə iki idmançı arasında gərgin mübarizənin getdiyini müşahidə etdik. Bir neçə epizodda çox həyəcan keçirdik. Amma Nazim üstünlüyü qoruya bildi və qələbə qazandı. Bildiyiniz kimi, idmançımız UFC tərəfindən “Gecənin Döyüşü” və “Ən Yaxşı Nokaut” bonuslarını əldə etdi. Buna görə, o, ümummilikdə 100 min dollar mükafata yiyələndi. Döyüşə çox yaxşı hazırlaşmışdı. O, Azərbaycanda heç vaxt uduzmayacağını söyləmişdi”.

Ş.Kərimov qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olan Tofiq Musayevin haqsızlıqla üzləşdiyini bildirib: “Tofiq bizim əfsanəmizdir. Çox güclü döyüşçü, kifayət qədər nəticələri olan idmançıdır. Vaxtilə ölkəmizdə keçirilən “Rizin” turnirində kəmərin sahibi olmuşdu. Amma bu dəfə onun rəqibi Orolbay güləşə üstünlük verdi. Biz gördük ki, rəqib çəkiölçmə mərasimində peşəkarlıq göstərmədi. Tam hazırlıqlı deyildi. Döyüş 70 kiloqram 800 qramda keçirilməli idi. Amma nəticədə 75 kiloqramda təşkil edildi. Tofiq çəkisini demək olar ki, tam salmışdı. O, 71 kiloqram idi. Amma rəqibinin çəkisi ondan təxminən 3 kilo artıq idi. Bu, Tofiq üçün çox böyük çəkidir. Bunlardan əlavə, Orolbay idmançımız üzərində doğru taktika seçmişdi. Təbii ki, döyüş ayaqüstə keçirilsəydi, daha maraqlı olardı. Amma rəqibin buna ehtiyacı yox idi. Musayevin zəif və güclü nöqtələrini yaxşı bilirdi. Ona görə qurduğu planı dəqiqliklə yerinə yetirərək qalib gəldi. İnanıram ki, Tofiq öz çəkisində olan döyüşçü ilə üz-üzə gəlsə, asanlıqla qələbə qazana bilər. Ümid edirəm ki, növbəti turnirlərdə maraqlı qarşılaşmalara şahidlik edəcəyik”.

Qeyd edək ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə 12 nəfər qalib olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri