Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir

MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128 ünvanındakı bina, həmçinin Fətəli Xan Xoyski prospekti 130 nömrəli yataqxana qəzalı vəziyyətdə olduğuna görə sökülməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə həmin binaların sökülməsi və yerində hündürmərtəbəli binaların tikintisi «Gold Residence» MMC-yə həvvalə edilib. «Gold Residence» MMC isə həmin sərəncamda göstərildiyi kimi, mülk sahibləri ilə qarşılıqlı razılıq əsasında onların köçürülməsini təmin etmək əvəzinə şantaj, hədə-qorxu və digər qanunsuz üsullarla həmin binaların sakinləri və obyekt sahiblərinin əmlaklarını mənimsəməyə başlayıb.

Bunu Reyting.az-a şikayət məktubu göndərən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128, mənzil 11-də yaşayan Müjdə Qaytaran oğlu Hacıyev yazıb.
Şikayətçi bildirir ki, adıçəkilən ünvanlardakı binaların söküntü işlərini COP29 zamanı guya xarici qonaqlardan gizlətmək istəyiblər. Bunu bəhanə edən «Gold Residence» MMC 2024-cü ilin iyul-avqust aylarında adıçəkilən ərazini Fətəli Xan Xoyski prospekti boyunca hasarlayıb. Lakin həmin hasar MMC-yə ayrılmış və yerquruluşu koordinatlarında göstəriləndən artıq ərazini əhatə edir və qanunsuz olaraq digər ərazi də hasara alınıb.

Müjdə Hacıyev qanunsuz hasarlamanı aşağıdakı səbəblərlə izah edir:
Birincisi, adıçəkilən MMC-nin törətdiyi qanunsuzluqlar kənardan müşahidə olunmasın, ikincisi, həmin binaların altındakı ticarət obyektlərinə qanunsuz yolla təsir edib, onları dəyər-dəyməzinə sahibkarların əlindən ala bilsinlər.
20 ildən artıqdır ki, Fətəli Xan Xoyski prospekti 128 nömrəli binanın 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Müjdə Hacıyev vergi ödəyicisidir. «Gold Residence» MMC isə sakinləri və obyekt sahiblərini əvvəlcədən məlumatlandırmadan qəflətən əraziyə gələrək binanın qarşısını Fətəli Xan Xoyski prospekti boyunca «Gloriya» gül dükanınadək qanunsuz hasarlayıb. Bununla da M. Hacıyevin mağazasının qarşısı tam bağlanıb, nəticədə onun sahibkarlıq fəaliyyətinə ciddi problem yaranıb. Çünki hasarın arxasında qalmış mağaza görünmür, eyni zamanda mağazanın yolu bağlanıb. Üstəlik, sahibkar nisyə verdiyi malların pulunu yığa bilmir. Bununla da ona külli məbləğdə maddi zərər dəyib.
Şikayət məktubunda qeyd olunur ki, bu azmış kimi, «Gold Residence» MMC-nin işçiləri suyu qəsdən açıq qoyaraq onu mağazanın zirzəmisindəki anbara axıdıb, oradakı malları yararsız hala salıblar. Eyni zamanda, Müjdə Hacıyev mağazada olmayanda MMC işçiləri binanın daxilindən olan giriş qapısını qıraraq, mağazaya qanunsuz daxil olmaqla əmlakın bir hissəsini oğurlayıblar.
Bildirilir ki, Müjdə Hacıyevin işlətdiyi həmin mağazanın bir hissəsi Qarabağ qazisi olan qardaşı Biləndər Hacıyevə məxsusdur və ümumilikdə həmin mağaza ilə üç ailə dolanır: «Gold Residence» MMC-nin qanunsuz hərəkətləri nəticəsində mağazanın fəaliyyəti tam dayanmış və üç ailə hazırda quru çörəyə belə möhtacdır, borc içindədir. Digər saxlanc yerləri olmadığına görə mağazadakı mallarını söküntü aparılan ərazidən çıxarıb apara bilmirlər”. Bu da azmış kimi, «Gold Residence» MMC-nin işçiləri 21 avqust 2024-cü ildə Müjdə Hacıyev öz yaşadığı mənzilində olmadığı müddətdə onun mənzilinin qapısını sındıraraq, qanunsuz olaraq içəri daxil olub, mənzildə saxladığı əmlakının, ev əşyalarının bir qismini oğurlayıb, bir qismini isə dağıdaraq yararsız hala salıb, sonra isə mənzilin qapı-pencərələrini, digər plastik, taxta və dəmir hissələrini sökərək naməlum istiqamətdə aparıb, mənzili isə yararsız hala salıblar. MMC-nin bütün bu qanunsuzluqları özünü onun direktoru kimi təqdim edən Elnur Hüseynovun göstərişi ilə törədildiyi bildirilir.

Başda Elnur Hüseynov olmaqla MMC rəhbərliyinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə) və digər maddələrin tərkibi olduğuna görə Müjdə Hacıyev Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər dövlət orqanlarına çoxsaylı şikayət ərizələri göndərib, lakin həmin orqanlar onun ərizələri ilə ötür-ötür oyunu oynayaraq bütün ərizələri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə göndərib. Bu günədək MMC rəhbərliyi barəsində hər hansı bir tədbir görülməyib. M. Hacıyevin şikayəti əsasında onun obyektinə polis və prokurorluq əməkdaşları nədənsə hər zaman «Gold Residence» MMC işçilərinin müşaiyəti ilə gəlib, həmin işçilərin yanında onu sorğu-sual edərək obyektə baxıb, heç bir sənəd, protokol tərtib etməyib, sonra isə MMC-nin işçiləri ilə yaxınlıqdakı «Krone» otelin 1-ci mərtəbəsində yerləşən MMC-nin ofisinə gediblər. Həmin ofisdən çıxandan sonra isə onlardan heç vaxt xəbər çıxmayıb. 4 aydır polis və prokurorluq orqanlarına şikayət ərizələri göndərilsə də, araşdırılmır.
«Gold Residence» MMC-nin həmin ərazidə yol verdiyi qanunsuz əməlləri barədə mətbuatda çox məlumatlar yayılıb. MMC-nin Aşıq Molla Cümə küçəsindəki 28 nömrəli binanın qarşısını qanunsuz olaraq hasarlaması və oradakı 70-dən çox ağacı qanunsuz olaraq kəsmək istəməsi, həmin yaşıllıqdakı çayxananın fəaliyyətinə problemlər yaratması, binanın həyətində inşa edilmiş və binanın sakini Elxan Qarayevə məxsus olan qarajı qanunsuz olaraq sökməsi, darvazasının və içərisindəki əmlakının bir qismini oğurlaması, bir qismini isə qəsdən dağıtması barədə “Reytinq” qəzetində də məlumatlar verilib. Lakin buna baxmayaraq aidiyyəti dövlət orqanları heç bir tədbir görməyib, MMC rəhbərliyinin cinayət əməllərinə göz yumulub.
İddia olunur ki, adı çəkilən Elnur Hüseynov əvvələr də bu kimi qanunsuzluqlara yol verib. Onun «Məqam» MTK adlı başqa bir müəssisəsi də olub və 2023-cü ildə onun göstərişi ilə Nərimanov rayonunda başqa bir ünvanda yaşayan sakinin mənzili dağıdılıb. Həmin vətəndaşın şikayəti ilə Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılanda Elnur Hüseynov həmin MTK-da anbardan işləmiş Cəmil Qasımovu icraçı direktor vəzifəsinə təyin edərək qabağa verib və nəticədə Cəmil Qasımov məhküm olunub. Bununla E. Huseynov məsuliyyətdən yayına bilib. Hazırda isə Elnur Hüseynov «Gold Residence» MMC-nin direktoru vəzifəsinə Anar İsazadə adlı şəxsi təyin edərək qabağa verib.

Onu da qeyd edək ki, E. Hüseynovun və onun sahibi olduğu şirkətlərin törətdikləri bu kimi qanunsuz əməllərə hüquq-mühafizə orqanlarının göz yumması anlaşılan deyil. Bakı Şəhər İcra Hakimiyyətinin də belə şəxslərlə müqavilə bağlaması, onların xeyrinə sərəncam verməsini başa düşmək çətindir.
Son olaraq diqqətə çatdırırıq ki, M. Hacıyev “Reytinq” qazeti vasitəsilə üzləşdiyi problemi ölkə rəhbərliyinə çatdırmaq istəyir. İnanır ki, bundan sonra onun və «Gold Residence» MMC-nin qanunsuz əməllərindən digər zərər çəkənlərin pozulmuş hüquqları bərpa olunar.
V. QULİYEV
P.S. Redakisya «Gold Residence» MMC-nin məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri