MN Türkiyə hərbçilərinin Ukraynaya göndəriləcəyi iddialarına münasibət bildirib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Milli Müdafiə Nazirliyi atəşkəs əldə olunduqdan sonra Türkiyə hərbçilərinin Ukraynada sülhməramlı kimi fəaliyyət göstərəcəyi iddialarına münasibət bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazirlik Türkiyə ordusunun sülh və sabitliyə töhfə verməyə hazır olduğunu açıqlayıb.
“Harada sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türkiyə Silahlı Qüvvələri yada düşür, çünki onun imkanları, təsir gücü və nüfuzu yüksəkdir.
Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması vacibdir. Daha sonra missiyanın və vəzifələrin dəqiq müəyyən edilməsi və hansı ölkənin nə dərəcədə kömək edəcəyinin müəyyənləşdirilməsi lazımdır.
Türkiyə Silahlı Qüvvələri bölgədə təhlükəsizlik və sabitlik yaradacaq hər bir layihəyə töhfə verməyə hazırdır”, - nazirliyin açıqlamasında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















