Icma.az
close
up
RU
Mnatsakanyan bu suala cavab verə bilmədi

Mnatsakanyan bu suala cavab verə bilmədi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 12-də davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-da baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.

Həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olmuş L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.

Təqsirləndirilən şəxs Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Aprel döyüşləri zamanı mülki şəxslərin yaşadıqları ərazilərin artilleriya atəşinə tutulmadığını, həmin ərailərdə və ərazilərə yaxın yerlərdə hərbi hissə, hərbi texnika və hərbçilərin olduğunu, evlərə mərmi düşməsini təsadüf hesab etdiyini, bunun məqsədli şəkildə olmadığını iddia edib və bildirib: “Kəndə hücum olmayıb. Kəndə atəş açmamışıq”.

Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi müsahibəsindən bəzi hissələr də tədqiq edilib.

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. L.Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.

Bu zaman dövlət ittihamçısı xatırladıb ki, L.Mnatsakanyan məhkəmədəki sərbəst ifadəsində Aprel döyüşləri zamanı fikir bildirmədiyini deyib. “Lakin videodan görünür ki, mətbuatda da fikirlər bildirmisiniz”, - deyə prokuror əlavə edib.

Prokurorun “Müsahibədə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.

Məhkəmədə L.Mnatsakanyanın verdiyi daha bir müsahibə nümayiş etdirilib. Videogörüntülərdə o, Cıdır düzündə jurnalistin suallarını cavablandırır. L.Mnatsakanyan müsahibədə 2015-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş döyüşlər və 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışır, Azərbaycan xüsusi təyinatlılarını “Yaşma briqadası” adlandıraraq onların həmin döyüşlərdə iştirak etdiyini bildirir, “orduda” görülən işlər barədə isə deyir: “Təkmilləşdirmək o deməkdir ki, əlimizdə olan imkanları daha da gücləndirməliyik. Əlimizdəki atəş vasitələrinin və sistemlərinin imkanlarını genişləndirməliyik. Bu istiqamətdə bizdə müvafiq işlər aparılır. Xüsusilə müşahidə cihazları sahəsində genişləndirmə işləri aparırıq. Həm atəş, həm də məhvetmə sistemləri üzrə irəliləyişlər əldə olunub. Bəzi məhdud şəraitlərdə müəyyən çatışmazlıqlarımız olub, amma indi - istər səhər, istər gündüz - biz səmərəli şəkildə atəş aça bilirik.

Bundan əlavə, idarəetmə imkanlarımızı da artırmışıq. Bu da ümumi sistemə daxildir. Həm kəşfiyyat, həm də atəş istiqamətində irəliləyişlərimiz var.

Əlavə olaraq, əldə etdiyimiz yeni texnologiyalar və texniki vasitələrlə bağlı praktiki tədbirlər görülür. Hərbi sənaye kompleksi üzrə də işlər aparılır…

...Daha uzaqmənzilli tank əleyhinə və digər müasir vasitələr də mövcuddur. Bundan başqa, biz yeni texnologiyalar və atəş vasitələri əldə etmişik. Bu vasitələrin istifadəsi ilə bağlı şəxsi heyətə də təlimlər keçirilir”.

O, prokurorun suallarını cavablandırarkən müsahibənin əvvəlcə “İsa bulağı”nın yaxınlığındakı evlərdən birinin eyvanında təşkil olunacağını, lakin jurnalistin işıqlandırma problemini deməsindən sonra Cıdır düzünə getdiklərini söyləyib.

Fasilədən sonra məhkəmədə internet resurlarından götürülmüş növbəti videomaterial nümayiş etdirilib və tədqiq olunub. Media materialında qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan və keçmiş “müdafiə naziri” Samvel Babayan bir-birlərini ittiham edirlər. Videomaterialda L.Mnatsakanyan S.Babayanı 1994-cü ildə “Azərbaycan tərəfinə 21 km ərazi verməkdə” günahlandırır.

Məlum olur ki, S.Babayan əvvəlki müsahibələrindən birində Aprel döyüşləri zamanı zamanı erməni tərəfinin ciddi səhvlərə yol verdiyini bildirib. L.Mnatsakanyan isə ərazi itkilərini inkar etmir, amma S. Babayana məsləhət görür ki, öz yaddaşını təzələsin və 1994-cü ildə özü tərəfindən “Azərbaycana necə torpaq verildiyini” xatırlasın. Videomaterialda S.Babayan 2016-cı ilin aprelində baş verənlərin müharibə deyil, “diversiya” olduğunu iddia edir, L.Mnatsakanyan isə bildirir ki, baş verənlər tammiqyaslı əməliyyat, müharibə idi.

Tədqiq edilən növbəti videomaterialda Ermənistanın sabiq baş naziri Karen Karapetyanın və qondarma rejimin “baş naziri” Arayik Harutyunyanın Azərbaycanın vaxtilə işğalda olan ərazilərində hərbçilərlə görüşdüyü görünür.

L.Mnatsakanyan videomaterialla əlaqədar bildirib ki, vaxtilə Ermənistandan bir çox rəsmi şəxslər, habelə müdafiə və xarici işlər nazirləri də həmin ərazilərə səfərlər ediblər.

Nümayiş etdirilən növbəti videomaterialda Ermənistanın sabiq müdafiə naziri Davit Tonoyanın qondarma rejimin “hərbi qurum”undakı vəziyyətlə tanış olduğu görünür. Keçirilən müşavirədə, hərbçilərdən əlavə Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan və qondarma rejimin “xarici işlər naziri” də iştirak ediblər.

Azərbaycan ərazilərinin minalanması barədə sualları cavablandırarkən deyib ki, minalar iki istiqamətdə - şimal və cənub istiqamətlərində basdırlıb. Minalar yerləşdirildikdən sonra formulyarlar yuxarı qərargaha təqdim edilib: “Formulyarın bir nüsxəsi isə hərbi hissədə qalırdı. Qalan bütün formulyarlar mühəndis qoşunları idarəsində olub”.

O, formulyarla bağlı bildirib ki, bu, mina basdırılan ərazinin böyük dəqiqliklə sxemidir, mina xəritəsində isə dəqiqlik yoxdur: “Orada rayonlar göstərilib ki, harada minalar var. Amma formulyarda minanın konkret yerini bilmək mümkündür”.

L.Mnatsakanyan Azərbaycan ərazilərində hansı minaların basdırılması barədə sualı isə belə cavablandırıb: “Başlanğıc mərhələdə Sovet İttifaqında istehsal olunmuş minalar basdırılıb. Sonrakı mərhələdə Rusiya Fedrasiyasından alınıb, Ermənistan vasitəsi ilə bizə verilib. Son dövrlərdə isə Ermənistan Respublikasında da istehsal olunurdu və bizə verilirdi. Minaların növləri piyada əleyhinə və tank əleyhinə minalar idi”.

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 İyun 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri