Icma.az
close
up
RU
MNdəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatdı

MNdəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatdı

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu gün tamamlanıb.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bu iş üzrə dövlətə dəymiş ziyandan nə qədər ödənildiyi elan edilib.

DTX-nin məktubunda qeyd edilib ki, Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidən bütün təqsirləndirilən şəxslər tərəfindən cəmi 38 milyon 664 min manat ödənilib.

Bunun 12 milyon 203 min manatını Nizami Məmmədov, 110 min manatı Cəlal Kazımov, 101 min manatı isə Vüsal Əlizadə tərəfindən ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.

Buraya həm ibtidai, həm də məhkəmə istintaqı vaxtı qaytarılan pullar daxilir.  Məsələn, general Məmmədov 12 milyon 203 mini ibtidai istintaq vaxtı qaytarmışdı.

Amma generalın vəkili deyir ki, müvəkkilinin rəisi işlədiyi Maliyyə və Büdcə İdarəsinin  mühasibi Akif Umudov onun adından 210 min manat ödəniş edib. Amma həmin məbləğ  qeydə alınmayıb.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər vəkilin etirazına münasibət bildirməyib.

Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Amma o, çıxış etmək üçün vaxt istəyib.

Dövlət ittihamçının israrından sonra çıxışlar mərhələsi 1 həftəlik təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin sabiq rəisləri – polkovniklər – Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri