Icma.az
close
up
RU
Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir

Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzi mobil cihazlarda mövcud olan zərərli proqram təminatları hakerlərə həmin telefonları məsafədən idarə etmək imkanı yaradır.

News24.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru Çingiz Səfərli Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu proqramlar hakerlərə bank tətbiqlərinə müdaxilə etmək, istifadəçilərin hesablarını ələ keçirmək və onların vəsaitlərini oğurlamaq imkanı verir:

“İstifadəçi bank tətbiqindən istifadə etdiyi anda belə bu proqramlar vasitəsilə əməliyyatlar izlənilə və sui-istifadə oluna bilir”.

Ç. Səfərli bildirib ki, "Kapital Bank" bu risklərin qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri tətbiq edib:

“Əvvəllər də müəyyən ənənəvi nəzarət sistemləri mövcud idi, lakin biz bu sahədə daha irəli texnologiyalar tətbiq etmişik. Yeni sistemlər sayəsində mobil tətbiq cihazda zərərli proqram aşkarladıqda avtomatik olaraq fəaliyyətini dayandırır və istifadəçiyə onun aradan qaldırılması ilə bağlı təlimat təqdim edir”.

Bankın rəsmisi qeyd edib ki, 2025-ci ilin ilk rübündə 14 minə yaxın istifadəçinin cihazında bu cür hallara rast gəlinib. İstifadəçilər zərərli proqram təminatını silərək bank xidmətlərindən təhlükəsiz şəkildə istifadə etməyə davam ediblər.

Onun sözlərinə görə, bu hallar əsasən Android əməliyyat sistemli cihazlarda qeydə alınır, iOS cihazlarında isə hələ belə faktlar müşahidə edilməyib.

Ç.Səfərli əlavə edib ki, müştərilərə bəzən "Kapital Bank" adından saxta zənglər daxil olur və dələduzlar onların kart məlumatlarını əldə etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə bank yeni texnologiyalar tətbiq edir:

“Transformasiyanın üçüncü mərhələsində əgər müştəriyə daxil olan zəngin bankdan gəlmədiyi müəyyən edilərsə və həmin anda mobil tətbiq açıqdırsa, istifadəçiyə tətbiq daxilində xəbərdarlıq banneri təqdim ediləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri