Icma.az
close
up
RU
“Mobil Notariat”ın vebsayt versiyası istifadəyə verildi

“Mobil Notariat”ın vebsayt versiyası istifadəyə verildi

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Notariat xidmətlərinin bütün növ platforma istifadəçiləri üçün daha əlçatan olması məqsədilə “Mobil Notariat” tətbiqinin veb-sayt versiyası -  “notariat.az” istifadəyə verilib.

Bu barədə Moderator.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni istifadəyə verilmiş veb-sayt vasitəsilə etibarnamə və ərizələr də daxil olmaqla, 15 xidmət üzrə əməliyyatları elektron şəkildə həyata keçirmək mümkündür.

Bu xidmətlər arasında ərizə və etibarnamə verilməsi, vərəsəlik işlərinin və sənədlərin yoxlanılması, həmçinin digər sənədlərin rəsmiləşdirilməsi xidmətləri də istifadəçilər üçün əlçatandır.

Qeyd edək ki, “Mobil Notariat” mobil tətbiqi və veb-sayt 24/7 rejimində fəaliyyət göstərir. Həftəsonu və bayram günlərində də xidmətlərdən istifadə etmək mümkündür.

İstifadəçilər mobil tətbiqdə və veb-saytda bütün notariat hərəkətləri ilə bağlı sənədlərini şəxsi kabinetdə görə, sənədlərin statusunu izləyə, sənədlərlə bağlı əməliyyatlar həyata keçirə, onların elektron versiyasından istifadə edə, həmçinin sənədlərin qüvvədən düşməsi ilə bağlı bildirişi dərhal əldə edə bilər.

Xidmət yalnız ölkə daxilində yaşayan vətəndaşlar üçün deyil, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də əlçatandır.

Veb-sayt barədə ətraflı məlumatla videoya keçid edərək tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri