Icma.az
close
up
RU
“Mobil Notariat”ın vebsayt versiyası istifadəyə verilib AZƏRTAC

“Mobil Notariat”ın vebsayt versiyası istifadəyə verilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Notariat xidmətlərinin bütün növ platforma istifadəçiləri üçün daha əlçatan olması məqsədilə “Mobil Notariat” tətbiqinin veb-sayt versiyası - notariat.az istifadəyə verilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni istifadəyə verilmiş veb-sayt vasitəsilə etibarnamə və ərizələr də daxil olmaqla, 15 xidmət üzrə əməliyyatları elektron şəkildə həyata keçirmək mümkündür.

Həmin xidmətlər arasında ərizə və etibarnamə verilməsi, vərəsəlik işlərinin və sənədlərin yoxlanılması, həmçinin digər sənədlərin rəsmiləşdirilməsi xidmətləri də istifadəçilər üçün əlçatandır.

Qeyd edək ki, “Mobil Notariat” mobil tətbiqi və veb-sayt 24/7 rejimində fəaliyyət göstərir. Həftəsonu və bayram günlərində də xidmətlərdən istifadə etmək mümkündür.

İstifadəçilər mobil tətbiqdə və veb-saytda bütün notariat hərəkətləri ilə bağlı sənədlərini şəxsi kabinetdə görə, sənədlərin statusunu izləyə, sənədlərlə bağlı əməliyyatlar həyata keçirə, onların elektron versiyasından istifadə edə, həmçinin sənədlərin qüvvədən düşməsi ilə bağlı bildirişi dərhal əldə edə bilər.

Xidmət yalnız ölkə daxilində yaşayan vətəndaşlar üçün deyil, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də əlçatandır.

Veb-sayt barədə ətraflı məlumatla videoya keçid edərək tanış olmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see235

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see222

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see213

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see151

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see147

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see144

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see137

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see133

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see127

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri