Mobil telefon, internet hər şey qadağan olan ÖLKƏ Turistlərin üzünə AÇILDI
Icma.az, News24 saytına istinadən bildirir.
Bir qrup qərbli turist Şimali Koreya ərazisinə səyahətdə iştirak edib.
News24.az xəbər verir ki,bu, 2020-ci ildən bəri ilk dəfədir ki, turistlərin ölkəyə girişinə icazə verilir. Son dərəcə sirli ölkə epidemiyanın əvvəlində özünü karantinə alıb.
Bu, çoxlarını qərblilərin nə vaxtsa sərhədi keçib-keçməyəcəyini düşündürüb.
Qrup paytaxt Pxenyandan 800 kilometrdən çox məsafədə, şimal-şərqdə Rason şəhərinə səfər edərkən Çin üzərindən ölkəyə daxil olub.
Şimali Koreyaya əvvəlki səfərlərdə olduğu kimi, səyahətçilər ciddi şəkildə yoxlanılır və pivə zavodu, yeni tikilmiş, yaxşı təchiz olunmuş aptek, məktəb kimi yerlərə əvvəlcədən planlaşdırılmış səfərlər edilib.
Bu adi səyahət olmayıb. Mobil telefon və ya internet, hətta istifadə etmək üçün bankomat da yox idi.
Turistlərə ölkə rəhbərlərini təhqir etməmək, Şimali Koreyanın ideologiyasını ələ salmamaq, onların qeyri-ənənəvi və z*lmkar həyat tərzini mühakimə etməmək kimi ciddi göstərişlər verilib.
Onları ölkənin daim mövcud olan rəsmiləri də yaxından izləyib və müşahidə ediblər.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















