Icma.az
close
up
RU
Moda dünyasında qalmaqal: Əfsanəvi supermodel Naomi Kempbell tədbirdən uzaqlaşdırıldı

Moda dünyasında qalmaqal: Əfsanəvi supermodel Naomi Kempbell tədbirdən uzaqlaşdırıldı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1990-cı illərin əfsanəvi supermodeli Naomi Kempbell böyük qalmaqalın mərkəzinə düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri məlumat verib.

Məlumata görə, podium ulduzu ənənəvi olaraq Nyu-Yorkdakı Metropoliten Muzeyinin Kostyum İnstitutunda keçirilən illik "Met Gala" balında iştirakdan uzaqlaşdırılıb.

Məşhurlara yaxın mənbə bildirib ki, buna səbəb modellə "Met Gala"nın təşkilatçısı olan ABŞ-nin "Vogue" jurnalının baş redaktoru Anna Vintur arasında yaranan mübahisə olub. İnsident keçən ilin sentyabrında Kempbellin "Moda İkonu" kateqoriyasında mükafata layiq görüldüyü "Harlem's Fashion Row" mükafatlandırma mərasimində baş verib.

Supermodel tədbirə gecikib və ona mükafatı təqdim etməli olan Anna Vintur qalibi gözləməkdən imtina edərək səhnəni tərk edib. Nəticədə mükafatı Naomi Kempbellə "Harper's Bazaar" jurnalının baş redaktoru Samirə Nasr təqdim edib.

"Mükafatı digər xanımın verməsi ideyası mənə məxsus deyildi. Mən bu xanıma üstünlük verərdim", - deyə model səhnədə bildirib.

İnsayderin sözlərinə görə, bu insidentdən sonra Anna Vintur Naomi Kempbelli bir daha "Met Gala"ya dəvət etməmək qərarına gəlib.

"Naomi özünü ayağından vurdu. Moda kraliçasına kölgə salıb, sonra onun qırmızı xalçalı yolundan keçəcəyini gözləyə bilməzsən. Anna unutmur və bağışlamır", - deyə mənbə vurğulayıb.

Qeyd etmək lazımdır ki, Naomi Kempbellin özü bu yaxınlarda "YouTube"da video yerləşdirib və "Met Gala"da iştirak etmək üçün özünü çox yaşlı hesab etdiyini etiraf edib. 52 yaşlı model bala hazırlaşarkən yaranan stres və narahatlığın artıq öhdəsindən gələ bilmədiyini bildirib.

Mayın 5-də Nyu-Yorkda baş tutacaq və mövzusu "Superfine: Tailoring Black Style" ("Super zərif: Qara stilin yaradılması") olan "Met Gala - 2025"ə Anna Vintur Şakira, Meri Cey Blayc, Lizzo, Doeçii kimi ulduzları, modellər Amelia Qrey və Eşli Qremi, eləcə də "Ağca qız" filminin qalmaqallı aktrisası Reyçel Zeqleri dəvət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see271

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see111

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri