Model nənə və babasının geyimləri ilə ən dəblilər siyahısına düşdü
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Model əcdadlarının şərəfinə milli geyimlər geyinib.
Seul Moda həftəsinə nənə və babasının paltarlarını geyinərək gələn qırğız modeli Şadiya İsaeva “Vogue” jurnalının ən yaxşı geyinən insanlar siyahısına daxil edilib. Şəkil jurnalın veb saytında dərc edilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, model jurnal üçün qızılı tikməli ənənəvi qırğız çapanı (zümrüd rəngli xalat) və qırmızı lalə çiçəkləri olan rəngli ağ şarf geyinib.
İsaeva müsahibəsində qeyd edib ki, bu geyim ideyası moda nümayişlərinin dördüncü günündə, milli geyiminin uyğun olmadığını anlayanda yaranıb. Ona vətənini xatırladan yeganə şeylər yuxarıda qeyd olunan ailə əşyalarıdır. İsaeva onları əcdadlarının şərəfinə geyinməyə qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















