Modi İsrailə niyə gedir?
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Hindistanın Baş naziri Narendra Modi iki günlük səfər üçün bu gün İsrailə gedəcək.
Hurriyyet.org xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, səfər zamanı, ölkələr arasında təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahələrində bir sıra yeni anlaşmaların imzalanacağı gözlənilir. Bu baxımdan səfər, iki ölkə arasındakı münasibətləri dərinləşdirmək üçün bir şans kimi qiymətləndirilir.
Bununla yanaşı, səfər çərçivəsində Modinin Knessetdə çıxış etməsi və İsrailin rəsmi Holokost abidəsi olan Yad Vaşemi ziyarəti gözlənilir.
Modinin səfərinin ABŞ-ın İrana mümkün hücumlarından əvvəl İran sahilləri yaxınlığında dəniz qüvvəsi yerləşdirdiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.
Qeyd edək ki, Narendra Modinin Hindistana ilk səfəri 2017-ci ildə baş tutub.
Baxış sayı:111
Bu xəbər 25 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















