Modinin helikopteri mitinq yerinə enə bilmədi FOTO
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Hindistanın Baş naziri Narendra Modinin göyərtəsində olduğu helikopter sıx duman səbəbindən Qərbi Benqal ştatında onun iştirakı ilə planlaşdırılan mitinqin keçirilmə yerinə enə bilməyib.
Sitat.info xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Hindistan hökumətinin rəhbəri Kəlküttə hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Vurğulanıb ki, Taherpurdakı Netaci parkında mitinq üçün nəzərdə tutulan meydançada xaos yaranıb, baş nazirlə görüş üçün toplaşan izdihamın səbri tükənib və dolu olan əraziyə soxulmağa cəhd edib.
İzdiham əraziyə VİP girişlərdən birini sındırıb və təhlükəsizlik işçiləri tərəfindən qurulmuş barrikadaları aşmağa cəhd edib ki, bu səbəbdən yerli polis və administrasiya müvafiq tədbirlər görmək məcburiyyətində qalıb.
Qeyd edək ki, daha əvvəl Modinin Qərbi Benqalda yol tikintisi üzrə bir neçə layihəni işə salması, daha sonra mitinqdə şəxsən iştirak etməsi planlaşdırılırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Dekabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















