Modriç karyerasını başa vurur: Hansı komandada rəhbər vəzifəni tutacaq?
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xorvatiya millisinin və "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra futbolçu karyerasını başa vurmağa hazırlaşır.
"Ölkə.az" xəbərinə görə, bu barədə insayder Nikolo Skira məlumat verib.
Mənbənin məlumatına görə, 40 yaşlı futbolçu karyerasını başa vurduqdan sonra klubdakı vəzifələrdən birini tutmaq üçün "Real Madrid" ilə razılığa gəlib. Onun "Milan"la müqaviləsi bu ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, Luka Modriç 2012-ci ildən 2025-ci ilə qədər "Real"da oynayıb. O, Madrid komandasının tərkibində dördqat İspaniya çempionu olub və altı dəfə Çempionlar Liqasını qazanıb. 2018-ci ildə yarımmüdafiəçi "Qızıl top"un qalibi olub. Modriç milli komandası ilə 2018-ci il dünya çempionatında və Millətlər Liqasında (2022/23) gümüş medal qazanıb.
Qeyd edək ki, Xorvatiya 2026-cı il Dünya Çempionatında L qrupunda İngiltərə (17 iyun), Panama (24 iyun) və Qana (28 iyun) ilə oynayacaq. Turnir ABŞ, Kanada və Meksikada keçirilir.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 13 İyun 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















