Modriçin İtaliya nəhənginə nə vaxt qoşulacağı bilindi
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid"dən ayrılacağı dəqiqləşən Luka Modriçin İtaliya nəhənginə nə vaxt qoşulacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 39 yaşlı xorvat 15 iyun - 13 iyul aralığında ABŞ-də təşkil ediləcək klublararası dünya çempionatından sonra tibbi müayinədən keçərək "Milan"a qoşulacaq. Mənbə Modriçin hazırda bütün diqqətini sözügedən turnirə yönəltdiyini və yarış başa çatana qədər keçidin rəsmiləşməyəcəyini vurğulayıb.
Daha öncə Lukanın "Milan" ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayacağı açıqlanıb.
Nihat
Bu mövzuda digər xəbərlər:Luka Modriçin İtaliya nəhənginə keçidi rəsmiləşdi
14 İyul 2025 16:16
Modriçin “Milan”a nə vaxt keçəcəyi bilindi
12 İyun 2025 14:25
Modriçin “Real”dakı taleyi bilindi
04 Dekabr 2024 11:53
İtaliya A Seriyası: Modriçin qolu Milan a qələbə qazandırdı
15 Sentyabr 2025 00:49
Modriçin yolu haradı?
29 May 2025 12:38
Baxış sayı:56
Bu xəbər 12 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















