Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kaliforniyanın Mohave səhrasında yerləşən Helendeyl kompleksində radar dalğalarının effektiv əks olunmasını qiymətləndirəcək naməlum uçuş aparatının sınağı keçirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, kadrları "Uncanny Expeditions" kanalının Aleks ləqəbi ilə tanınan bloqeri yayımlayıb.
Bildirilir ki, kompleks, aerokosmik sahədə məxfi layihələri ilə tanınan "Lockheed Martin Skunk Works" şirkətinə məxsusdur.
Fotolarda səsdənsürətli aparata bənzəyən naməlum bir konstruksiyanı görmək mümkündür. Məsafə və maskalanma səbəbindən aparatın forması və detalları tam aydın görünmür, buna görə layihənin erkən inkişaf mərhələsində olduğu, yoxsa artıq sınaqdan keçirildiyi bəlli deyil.
Qeyd edək ki, videonun müəllifi əsasən ABŞ-nin cənub-qərbində yerləşən 51-ci Zona və Helendeyl sınaq poliqonu kimi məxfi, sirli yerlərin araşdırılması və sənədləşdirilməsinə yönəlmiş kontent müəllifidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 05 Oktyabr 2025 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















