Mohsen Rezayidən yenə eyni soyuq davranış VİDEO
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayinin bədən dili yenidən sosial mediada müzakirə mövzusu olub.
"Yeni Sabah" xəbər verir ki, Tehranda Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Muniri qəbul edən Rezayinin soyuq duruşu diqqətdən yayınmayıb.
O, feldmarşal Munirə əl uzatmayıb, üstəlik, bədənini şax tutub və üzündə qonaqpərvərliyə sübut olacaq təbəssümə əsla yer verməyib. Sezar pizza
Sosial mediada bu davranış əvvəlki qarşılamalarla müqayisə olunub.
M.Rezayi bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrovu qarşılayıb və qonapərvərliyə xas səmimi rəftar göstərib. Lakin daha əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə könülsüz əl uzadıb və üzündəki gərginlik açıq hiss olunub.
Bəziləri bu davranışı keçmiş "Sepah" zabitinin müharibə illərində aldığı yaralarla əlaqləndirir. şura katibi 8 illik müharibə zamanı avtomobil qəzasında əlindən xəsarət alıb. Digər bir hadisə zamanı MEK ("Mocahedin-e Xəlq") terrorçularının sui-qəsdinə məruz qalan M.Rezayinin yenidən əli yaralanıb.
Əziz Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















