Icma.az
close
up
RU
MOİK Baku Sportinq ə, Şimal Difai yə qarşı

MOİK Baku Sportinq ə, Şimal Difai yə qarşı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 6-cı tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, iki gün ərzində keçiriləcək oyunlar PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.
İlk oyun günündə MOİK “Baku Sportinq”i, “Şimal” “Difai”ni qəbul edəcək. “Hərbçilər” doğma divarlar” arasındakı görüşdə iddialı rəqibini büdrətməyə çalışacaq. Onlar bununla həm də turnir cədvəlindəki mövqeyini gücləndirməyə cəh göstərəcək. Buzovna təmsilçisi isə lider - “Şəfa” ilə aradakı xal fərqinin artmaması üçün qələbəyə can atacaq. Düzdü, bu qarşılaşmada qonaqların daha güclü göründüyünü demək olar. Amma “hərbçilər” rəqibinin ötən həftə mövsümün ilk məğlubiyyətiylə üzləşdiyini, bu üzdən psixoloji durumunun yaxşı səviyyədə ola bilməyəcəyi yönündə ehtimalları nəzərə almalıdı.
Autsayderlərin duelinə gəlincə, həm Xaçmaz, həm də Ağsu təmsilçisinin amalı eynidi: xal ehtiyatını artırmaqla 1-ci liqada qalmaq uğrunda mübarizədə daha şanslı görünmək. Bu üzdən Şamaxıda çox gərgin oyuna şahidlik edəcəyimizə şübhə yoxdu. Hər halda, söhbət ölüm-dirim mübarizəsindən, nəticəsi növbəti matçlara ciddi təsir göstərəcək matçdan gedir.
Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. “Cəbrayıl” – “Şahdağ Qusar” görüşü meydan sahibləri üçün xüsusi əhəmiyyət daşıyacaq. Əlbəttə, bir gün əvvəlki “Şimal” – “Difai” oyununun nəticəsindən də çox şey asılıdı. Ancaq yenə də Qarabağ təmsilçisinin qələbəyə ehtiyacı olduğu göz önündədi. Azı ona görə ki, növbəti sınaqlar üçün motivasiya mənbəyi lazımdı. Əks halda, “Cəbrayıl” üçün parlaq gələcək uzaq görünəcək. Qusarlılar isə ortabablar sırasındakı mövqeyini yaxşılaşdırmalıdı. Axı eyni xala malik “Zaqatala” bu tur “Mingəçevir”lə qarşılaşacaq. Bu görüşün favoritinin çempionluğa iddialı olan “nur şəhəri”nin təmsilçisi olduğunu nəzərə alsaq, “Şahdağ Qusar”ın qələbəsi daha böyük əhəmiyyət daşıyacaq. O başqa məsələ ki, “Zaqatala”nın asanlıqla “ağ bayraq qaldıracağını” proqnozlaşdırmaq sadəlövhlük olar.
Növbə çatdı turun mərkəzi matçına – çempionluğa iddialı komandaların duelinə! Heç şübhəsiz, paytaxtın iki təmsilçisinin – “Şəfa” ilə “Səbail”in oyunu maraqla gözlənilir. Onlar həm də mövsümün məğlubedilməzləridi. Düzdü, bəlkə bu matç da həmin uğurlu seriyanın pozulmamasıyla nəticələnəcək. Ancaq belə hesab yalnız “Şəfa”ya sərf edəcək. Çünki “Şimal”la heç-heçə edən “dənizçilər” liderin önünə yalnız qələbə qazanmaq üçün çıxmalıdı. “Sülh”ün sevinməsi üçün yetərli olacağı “Şəfa”nın isə müdafiə olunmağa üstünlük verəcəyi gözlənilmir. Meydan sahibləri həm uğurlu seriyanı davam etdirməyə, həm də bu çempionatda rəqib tanımadığını sübuta yetirməyə çalışacaq. Elə “dənizçilər” də sözün əsl mənasında dəridən-qabıqdan çıxacaq. Odu ki, bu qarşılaşmanın yetərincə baxımlı keçəcəyinə inanmağa dəyər!
22 oktyabr
MOİK – Baku Sportinq

Binə, qəsəbə stadionu. Saat 14.00.
Şimal – Difai
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
23 oktyabr
Cəbrayıl – Şahdağ Qusar

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Zaqatala – Mingəçevir
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Şəfa – Səbail
Binə, qəsəbə stadionu. Saat 14.00.
Xal durumu: Şəfa – 15, Səbail – 13, Mingəçevir – 10, Baku Sportinq – 8, Şahdağ Qusar, Zaqatala – 7, MOİK – 4, Cəbrayıl – 3, Şimal – 2, Difai – 1.
Bombardir: Seyxan Fərəcov (MOİK) – 5.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri