MOİKin baş məşqçisi: Sumqayıt”a qalib gəlmək istəyirdik amma...
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Oyunu penaltilərə daşımaq üçün gücdən əlavə təcrübəsizlik mane oldu. Futbolçularımdan razıyam. Yaxşı oynadılar, vuruşdular, meydanda canlarını qoydular". Bu sözləri Sport24.az-a açıqlamasında ölkə kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a məğlub olan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütıəxəssis Premyer Liqa ilə Birinci Liqa komandalarının arasında olan fərqi də vurğulayıb: "
"Premyer Liqa və Birinci Liqa klubları arasında fərq var, amma böyük deyil. Fərq əsasən şəraitlə bağlıdı. Birinci Liqa komandalarının əksəriyyəti süni örtükdə məşq edir və oynayır. Biz kubokda "Sumqayıt"a qalib gəlmək istəyirdik amma şəraitimiz eyni deyil".
Abbasov oyunun hakimləri barədə bunları deyib:
"Hakimlikdən narazı qalmadım. 96-cı dəqiqədə futbolçumun qapıçı ilə üzbəüz qaldığı epizodda "Sumqayıt"ın müdafiəçisi onu yıxdı. Təkrara baxdım, cərimə zərbəsi idi. Hakim isə oyunu saxlamadı. Davamında isə rəqib qapımıza qol vurdu".
Qeyd edək ki, dünən keçirilən oyun "Sumqayıt"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baxış sayı:152
Bu xəbər 05 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















