Icma.az
close
up
RU
MOK da Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirildi

MOK da Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirildi

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında bu gün Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.

Fanat.Az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Sakinə Vəliyeva, mətbuat katibi Murad Fərzəliyev, Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster və aparat rəhbəri Rüstəm Ağasıyev iştirak ediblər.

Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Tədbir iştirakçılarını salamlayan A.Əliyev əvvəlcə MOK-un fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb.

Paul J.Foster Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlardakı nəticələri münasibətilə təbriklərini çatdırıb:

“Bakıya heyran oldum. Düzünü desəm, çox yaxın, doğma olduğunu hiss edirəm. Bu məni həqiqətən duyğulandırır. Bakının beynəlxalq şəhərə çevrildiyini gördüm. Əvvəla, demək istəyirəm ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin təşkilatçılıq işlərinə heyran qaldım. Bu, həqiqtən də onu göstərir ki, Azərbaycan idman ölkəsidir”.

Paul J.Foster 2021-ci ildə Sinqapurda, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində, 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən Qlobal Kiberidman Oyunları və bu il Perunun paytaxtı Limada keçiriləcək Qlobal Kiberidman Oyunları haqqında məlumat verib. O, həmçinin bildirib ki, bu ilin noyabrında “Riot Games” şirkəti Hindistanın Mumbay şəhərində şücaət çempionatı təşkil edəcək. Bu turizm üçün də maraqlıdır, çünki biz həm Hindistan, həm də Çin bazarını sınamağı planlaşdırırıq.

Daha sonra baş direktor Azərbaycanda Qlobal Kiberidman Tur adlı tədbir keçirmək istədiklərini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri