Moldova Aİ və ABŞ ilə birlikdə reinteqrasiya planı hazırlayır
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Moldovanın Baş nazirinin reinteqrasiya üzrə müavini Valeriu Kiveri ölkəsinin Avropa İttifaqı (Aİ) və ABŞ ilə birlikdə reinteqrasiya strategiyası üzərində intensiv işlədiyini bildirib. Onun sözlərinə görə, planın detalları hələlik açıqlanmır, çünki həssas məsələlərdə ehtiyatsızlıq yekun nəticəyə zərər vura bilər.
Nazir müavini hökumət iclasından sonra “NewsMaker”-ə açıqlamasında qeyd edib: “Reinteqrasiya strategiyası üzərində aktiv işləyirik. Lakin həssas məsələlərdə bütün addımları real vaxtda açıqlamaq mümkün deyil. Bu proses düzgün planlanmalı və zamanında nəticələr cəmiyyətə təqdim edilməlidir.”
Jurnalistlərin “Dnestryanı münaqişəsinin həllinin Rusiya–Ukrayna sülh danışıqları ilə paralel müzakirəsi mümkündürmü?” sualına cavabında Kiveri bildirib ki, bu yanaşma yalnız regional təhlükəsizlik kontekstində qəbul oluna bilər.
O vurğulayıb ki, Moldova heç bir halda ümumi “münaqişələrin həlli paketinə” qoşulmaq niyyətində deyil: “Regional təhlükəsizlik məsələlərini müzakirə etmək olar, lakin bu, yalnız Rusiyanın regiondan qoşunlarını çıxarması ilə bağlı ola bilər. Münaqişənin həlli isə dialoq yolu ilə aparılmalıdır və bu dialoqda Tiraspolun iştirakı vacibdir.”
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 04 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















