Icma.az
close
up
RU
Moldova Aİ yə inteqrasiya üzrə daha bir mühüm addım atıb

Moldova Aİ yə inteqrasiya üzrə daha bir mühüm addım atıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kişineu, 23 sentyabr, AZƏRTAC

Moldova ilə Aİ arasında qanunvericiliyin ikitərəfli uyğunlaşdırılması prosesi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimov özünün “Facebook” səhifəsində məlumat verib.

O, Moldovanın skrininq prosesini 15 aya başa vurduğunu bildirib. Bu müddət ərzində ekspertlər 100 000 səhifədən çox milli qanunvericiliyi təhlil ediblər.

“Moldovanın cəmi 15 ay ərzində əldə etdikləri böyük nailiyyətdir. Mən Avropaya İnteqrasiya Bürosundan olan həmkarlarıma və bütün dövlət işçilərinə gündəlik işlərinə və cəsarətlərinə görə təşəkkür edirəm. Biz birlikdə Moldovanın Aİ-nin etibar edə biləcəyi ölkə olduğunu sübut etdik” -deyə Baş nazirin müavini qeyd edib.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos da bəyanat yayaraq, bu sürətin saxlanmasının vacibliyini vurğulayıb.

O bildirib: “Siz bir daha sübut etdiniz ki, ölkəniz Aİ-yə üzvlüyün növbəti mərhələsinə yaxşı hazırdır. Növbəti addım qanunun aliliyi, yaxşı idarəçilik və fundamental hüquqları əhatə edən ilk klasterin – “Aİ-yə qoşulma çərçivəsi”nin açılması olacaq. Bu, əməkdaşlığımızı gücləndirəcək və Aİ-yə üzvlük prosesini sürətləndirəcək. İş bununla bitmir. Məqsəd aydındır və proses milli qanunların yenidən hazırlanması ilə davam etdirilir. Aİ qanunlarını və demokratik institutları gücləndirin ki, nailiyyətləriniz ilə fəxr edə bilərsiniz. Avropa sizin səylərinizi dəstəkləyir, biz birlikdə Avropa İttifaqında təhlükəsiz, demokratik və firavan Moldova arzusunu həyata keçirə bilərik”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri