Moldova Enerji Xartiyası Müqaviləsindən çıxdı
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moldova beynəlxalq müqavilənin ölkənin enerji təhlükəsizliyi prioritetləri ilə uyğunsuzluğu səbəbindən 1994-cü il Enerji Xartiyası Müqaviləsindən çıxıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, ölkə parlamenti son oxunuşda müqavilənin ləğvini təsdiqləyib.
"Yaşıl və dayanıqlı iqtisadiyyata keçid kontekstində bu cür mexanizmlər bərpa olunan enerjiyə investisiya qoyuluşunun qarşısını ala bilər ki, bu da istixana qazı tullantılarının azaldılması və təmiz enerji mənbələrinin təşviqi tədbirlərini ləngidə bilər. Moldova, Avropa Birliyi kimi, enerji siyasətini karbon tullantılarının azaldılması öhdəlikləri ilə uyğunlaşdırmaq üçün Enerji Xartiyasından çıxmağın qaçılmaz olduğunu düşünür", - deyə qərarda qeyd edilir.
Qüeyd edək ki, Moldova 1996-cı ildə Enerji Xartiyası Müqaviləsinə qoşulub. Enerji Xartiyası Müqaviləsi 1994-cü ildə imzalanıb.
Sənəd Qərbi Avropa ölkələrinə Qərb investisiyaları müqabilində Şərqi Avropa və Rusiyadan enerjiyə çıxış imkanı təmin etmək məqsədi daşıyırdı.
Anar
Bu mövzuda digər xəbərlər:Ukrayna MDB nin bu müqaviləsindən çıxdı FƏRMAN
27 Yanvar 2026 10:09
Qazaxıstan Avropada Adi Silahlı Qüvvələr Müqaviləsindən çıxdı
21 Noyabr 2025 14:53
Moldova MDB dən rəsmən çıxdı
09 Aprel 2026 12:12
Azərbaycanın Uğurlu Enerji Strategiyası: Əsrin Müqaviləsindən Qlobal Liderliyə
03 İyun 2026 15:24
Moldova enerji böhranına düşərsə... Zelenski
12 İyun 2025 00:36
Baxış sayı:136
Bu xəbər 04 May 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















