Moldova ilk dəfə Bolqarıstandan qaz alıb
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Moldova Bolqarıstandan qazı sınaq rejimində Trans-Balkan dəhlizi ilə alıb.
SİA-nın məlumatına görə, bunu “Moldovaqaz”ın rəhbəri vəzifəsini icra edən Vadim Çeban Telegram kanalında bildirib.
...2024-cü il dekabrın 31-də Bolqarıstanda Balkan Qaz Qovşağı platformasında “Moldovaqaz” SC üçün təbii qazın alınması uğurla həyata keçirilib.
Ceban qeyd edib ki, “Moldovaqaz” Avropa ölkələrində qaz bazarının iştirakçısı kimi qeydiyyatdan keçə bilməz. Şirkət Energocom SC ilə müvafiq agentlik müqaviləsi bağlayıb.
...Qeyd edək ki, Moldovanın baş nazirinin müavini Oleq Serebrian bir müddət əvvəl Dnestryanı bölgənin Moldovadan asılılığını artıran enerji böhranının Dnestryanı problemin həllinə kömək edə biləcəyini bildirmişdi.
Onun sözlərinə görə, Kişinyov Dnestryanıya alternativ mənbələrdən qaz tədarük etməyi təklif edib, lakin bunun üçün bazar qiymətini ödəmək lazım gələcək.
Əvvəllər bildirilirdi ki, Moldova Rusiyadan qaz nəqli dayandırıldıqdan sonra Rumıniyadan elektrik enerjisi almağa keçib, nəticədə ölkənin enerji sistemi lazımi miqdarda enerji istehsal etməyi dayandırıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Yanvar 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















