Moldova portalı bu ölkənin Azərbaycanla əlaqələrindən yazıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Kişineu, 29 may, AZƏRTAC
Azərbaycan və Moldova müstəqillik əldə etdikdən sonra ənənəvi dostluq və konstruktiv münasibətləri qoruyub saxlayır. Liderlər arasında etibarlı dialoq siyasət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirməyə kömək edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri 28 May-Müstəqillik Günü ilə əlaqədar Moldovanın “noi.md” saytına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev söyləyib.
Diplomat qeyd edib ki, beynəlxalq təşkilatlar çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır. Azərbaycan və Moldova beynəlxalq strukturların işində fəal iştirak edir və səmərəli əməkdaşlıq nümayiş etdirir.
“Ölkələrimiz müxtəlif strukturlara, qurumlara namizədlərin irəli sürülməsində də bir-birini dəstəkləyir. Əsas beynəlxalq məsələlər üzrə mövqelərimizin ardıcıllığı yanaşmaların oxşarlığına və qarşılıqlı hörmətə dəlalət edir”, - deyə Ülvi Baxşəliyev vurğulayıb.
İqtisadi əlaqələrin dərinləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirən səfir qeyd edib ki, Hökumətlərarası Komissiyanın bir müddət əvvəl keçirilən iclası və bu ilin aprelində təşkil olunan biznes-forum məhz yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib. Qarşılıqlı maraq göz qabağındadır və məqsədyönlü səylərlə Azərbaycan və Moldova ciddi irəliləyişə nail ola bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















