Moldova Prezidenti azərbaycanlı cüdoçunu Şərəf ordeni ilə təltif edib FOTOLAR
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moldova Prezidenti Maya Sandu mədəniyyət, idman, təhsil, dövlət idarəçiliyi, tibb, iqtisadiyyat və elm sahələrində fəaliyyətlərinə görə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onların arasında "Paris-2024" Yay Olimpiya Oyunlarının bürünc medalçısı, azərbaycanlı cüdoçu Adil Osmanov da yer alıb.
Bildirilib ki, A.Osmanov Moldovada idmanın inkişafındakı müstəsna xidmətlərinə və bu sahədə əldə etdiyi yüksək nailiyyətlərə görə "Şərəf" ordeni ilə təltif olunub.
Cüdoçu ali mükafata layiq görüldüyü üçün Maya Sanduya təşəkkür edib, bu mükafatın Moldova ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, A.Osmanov Azərbaycan diasporunun və Moldova Azərbaycanlıları Konqresinin fəal üzvüdür. O bu il Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə də qatılıb.
"Cebheinfo.az"


Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


