Moldova Qazpromla əlaqəni buna görə kəsdi Sabiq prezident açıqladı
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Moldova Prezidenti Maya Sandu və hökumət qaz və elektrik enerjisinin bahalaşmasından əziyyət çəkən öz vətəndaşlarının deyil, əcnəbilərin maraqları naminə “Qazprom”la əlaqələri kəsiblər.
Teleqraf.com xəbər verir ki, bunu sabiq prezident Sosialistlər Partiyasının sədri İqor Dodon özünün teleqram kanalında yazıb.
"Moldovanın "Qazprom"la münasibətlərinin kəsilməsi təkcə yaxın iki ayda deyil, bütün 2025-ci il üçün elektrik enerjisi və qaz tariflərinin artmasına səbəb olacaq. Hökumət deyir ki, bir-iki ay səbirli olmalıyıq və vəziyyət yaxşılaşacaq, lakin bu, doğru deyil, qarşıda çox çətin günlər var”, - deyə Dodon qeyd edib.
O bildirib ki, Moldova hökumətinin bu məsələdə təkəbbür göstərməsi, ölkə vətəndaşlarının deyil, əcnəbilərin maraqlarına oynaması yüksək tariflərə gətirib çıxaracaq.
Qeyd edək ki, bir gün əvvəl Moldovada elektrik tədarükçüləri tarifləri iki dəfə artırıblar. İqtisadçıların fikrincə, bunun nəticələri Moldovada ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, illik inflyasiyanın 35%-ə çatdığı 2022-ci ildən daha güclü olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















