Moldova Qazpromun borcunu ödəmək niyyətində deyil Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Moldova istehlak etdiyi yanacaq üçün "Qazprom"a 709 milyon dollar borcunu ödəməkdən imtina edib.
Bu barədə Moldova Baş naziri Dorin Reçan "Moldova 1" telekanalına müsahibəsində bildirib.
"Biz bu borcu ödəmək niyyətində deyilik", - deyə Reçan vurğulayıb.
Baş nazir hesab edir ki, "Qazprom" mövcud olmayan borcun ödənilməsi ilə gələcək tədarükləri şərtləndirməyə çalışır.
Bundan əlavə, Baş nazir Reçan Moldova vətəndaşlarını "çox çətin bir qış" gözlədiyini xəbərdar edib. O, risk faktorları arasında birinci olaraq Dnestryanı bölgəyə qaz tədarükünün dayandırılmasını, ikinci olaraq isə əhalinin üzərinə düşən qaz qiymətlərinin artımını qeyd edib. Reçan həmçinin bildirib ki, Dnestryanı bölgədə yaşayan təxminən 300 min insan üçün qaz tədarükünün dayandırılması humanitar fəlakətlə nəticələnə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Noyabr 2024 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















