Moldovada iğtişaşlar hazırlamaq işi ilə bağlı 74 nəfər saxlanılıb
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Moldovada ölkədə kütləvi iğtişaşların hazırlanması ilə bağlı iş üzrə 74 nəfər həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla və Xüsusi İşlərlə Mübarizə İdarəsinin rəisi Viktor Furtuna bildirib.
"İyul ayından etibarən Baş Prokurorluq digər qurumlarla birlikdə kütləvi iğtişaşlar təşkil etmək planı ilə bağlı araşdırma aparır. Axtarışlar nəticəsində 74 nəfər saxlanılıb", - o, brifinqdə deyib.
İstintaq müəyyən edib ki, bəzi vətəndaşlar Serbiyaya gedib, orada iğtişaşlar təşkil etmək, o cümlədən silahlarla təlim keçiblər. Furtuna əlavə edib ki, vəziyyətin sabitliyini pozmaq məqsədi daşıyan şəxslər üçün təlim Moldovada da keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 22 Sentyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















