Moldovanın Qaqauziya muxtariyyətinin rəhbəri ev dustaqlığına buraxıldı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kişineu məhkəməsi Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu ev dustaqlığına buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə qərarına istinadən məlumat yayıb.
Məhkəmə prokurorların vəsatətinin qismən təmin edilməsi və Y.Qutsul barəsində ev dustaqlığı qismində qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul edib.
Xatıradaq ki, Y.Qutsul martın 25-də Moldovadan uçmazdan əvvəl Kişineu hava limanında saxlanılıb.
O, Moldovada fəaliyyəti qadağan edilmiş "Şor" partiyasının maliyyələşdirilməsində və 2023-cü ildə Qaqauziya muxtariyyətinin rəhbəri seçkisi üçün seçki fondunun idarə edilməsində pozuntularda ittiham olunub.

Qaqauziya muxtariyyətinin rəhbəri həbs edildi
26 Mart 2025 16:12
Qaqauziya lideri sərbəst buraxıldı
09 Aprel 2025 21:21
Moldovanın Qaqauziya muxtariyyəti rəhbərinin məhkəməsi təxirə salındı: Minalanma xəbərinə görə
07 Aprel 2025 15:02
Qaqauziya rəhbəri yenidən saxlanıldı
03 Fevral 2025 00:52
Məhkəmə Qaqauziya rəhbəri barədə QƏRAR VERDİ
28 Mart 2025 21:00

