Icma.az
close
up
RU
Moldovanın xəbər portalında COP29un əhəmiyyətinə dair məqalə dərc edilib AZƏRTAC

Moldovanın xəbər portalında COP29un əhəmiyyətinə dair məqalə dərc edilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişineu, 17 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Moldova Prezidenti və Bakıda keçirilən COP29-un digər iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər” sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib.

Məqalədə bildirilir ki, Bakıda COP29-un iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının sammiti baş tutub və burada Moldova Prezidenti Maya Sandu da çıxış edib. Sandu qlobal ekoloji problemlərin həllində inkişaf etməkdə olan ölkələrə dəstək verilməsinin zəruriliyi ilə bağlı sessiyanın əsas doktrinasını alqışlayıb.

“Yaşıl Zona” ərazisində bütün maraqlı tərəflərin - fəallardan və özəl təşəbbüslərin tərəfdarlarından tutmuş iri biznes və dövlət qurumlarının nümayəndələrinə qədər çoxşaxəli ünsiyyət təşkil olunur. “Mavi Zona”da sessiyalar, görüşlər və sammitlər keçirilir.

Yazıda daha sonra qeyd olunur ki, müxtəlif ölkələrin onlarla prezident və digər yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Afrika, Latın Amerikası və xüsusilə kiçik ada dövlətlərindən olan ölkələr geniş nümayəndə ilə təmsil olunub.

COP29-a ev sahibliyi edən tərəfin əsasi diqqəti ekoloji bərabərlik məsələsinə yönəlib. Forumun əsas məqsədinə görə, həm karbohidrogenlərin istehlakında, həm də zərərli emissiyaların istehsalında lider olan inkişaf etmiş ölkələr iqlimə təzyiqə görə məsuliyyəti öz üzərinə götürməli və təbiətə dəyən zərərin ödənilməsində daha zəif ölkələrə kömək etməlidir.

Əslində, bütün COP konfranslarının məqsədi sənayedən əvvəlki dövrdə və 2015-ci il Paris Sazişinin tələb etdiyi kimi, karbon qazının miqdarını və qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. Eyni zamanda, dövlət başçılarının, ətraf mühit fəallarının və ekspertlərin bəyanatlarına görə, COP29-dan bu problemin həlli istiqamətində konkret addımlar gözlənilir.

Sonda vurğulanır ki, Bakıda keçirilən COP-29-da qlobal temperaturun artmasının qarşısını almaq üçün Parisdə iqlim sazişinin imzalanmasından 9 il sonra karbon bazarları üzrə mühüm razılaşma artıq əldə olunub. Tədbir zamanı BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinin qarşısının alınması üçün vaxtın daraldığını bildirib və bu məqsədlə ayrılan vəsaitin artırılmasına çağırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri