Icma.az
close
up
RU
“Molla Nəsrəddin” jurnalının 120 illiyi Aran filialında qeyd olundu

“Molla Nəsrəddin” jurnalının 120 illiyi Aran filialında qeyd olundu

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

6 may 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycanda ilk şəkilli satirik-yumoristik dərgi olan "Molla Nəsrəddin" jurnalının nəşr olunmasının 120 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar iştirak etdilər.

525.az xəbər verir ki, tədbiri Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent  Yaqut Bahadurqızı açaraq böyük ədib Cəlil Məmmədquluzadənin ədəbiyyat aləmində Molla Nəsrəddin adı ilə tanınması, Molla Nəsrəddin kimi məşhurlaşması,  xalqın hafizəsində Molla Nəsrəddin olaraq yaşamasından danışdı. O, eyni zamanda, Qədim Şərqin təfəkkür aləmini müdrik bir şəxsiyyət kimi dolaşan və heyrətamiz ağıl sahibi kimi tanınan qoca Molla Nəsrəddinin qüdrətli sənətkar Cəlil Məmmədquluzadənin başlıca estetik idealı olmasından, ictimai həyatdakı nöqsanlara Molla Nəsrəddin yumorunun müdrik təbiətindən ilham alaraq gülməsindən, insanlığın əzilib alçaldılması üçün için-için göz yaşı töküb kədərlənməsindən, müsbət meylləri Molla Nəsrəddinə məxsus humanizmlə təsdiq etməsindən bəhs etdi.

“Molla Nəsrəddin ədəbi məktəbi və üzvləri” mövzusunda məruzə edən Aran Regional filialının elmi işçisi Ülviyyə Yusifova XX əsrin əvvəllərində yaranmış “Molla Nəsrəddin” jurnalının çətin ictimai-siyasi şəraitdə formalaşmasından, onun satira vasitəsilə cəmiyyətdə oyanış yaratmasından bəhs etdi. Məruzəçi jurnalın baniləri Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin qarşılaşdıqları çətinliklər, həmçinin bu mətbuat orqanının ətrafında formalaşan ədəbi məktəbin xüsusiyyətləri, onun nümayəndələri – Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının fəaliyyəti haqqında ətraflı məlumat verdi və “Molla Nəsrəddin”i yalnız jurnal deyil, milli düşüncəni formalaşdıran, ictimai problemləri cəsarətlə qaldıran və Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradan mühüm ədəbi məktəb olmasını vurğuladı.

Tədbirdə “Molla Nəsrəddin” jurnalının yaranma tarixi, məqsədi, onun maarifçi ideyaları, təkamül yolunu və ictimai əhəmiyyətini əyani göstərmək məqsədi ilə  hazırlanmış videoçarxlar nümayiş olundu. 

Kürdəmir şəhər Famil Həşimov adına 3 nömrəli və Sadiq Əliheydərov adına 4 nömrəli tam orta məktəbin şagirdləri “Molla Nəsrəddin” jurnalında çap olunmuş satirik şeirlərdən, müxtəlif  rubrikalı yumoristik yazılardan nümunələr səsləndirdilər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri