Icma.az
close
up
RU
Mollanın “prodüsser”i, müğənninin meneceri, mətbuat katibinin katibəsi…

Mollanın “prodüsser”i, müğənninin meneceri, mətbuat katibinin katibəsi…

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gecə vaxtı Molla Nəsrəddinin eşşəyini tövlədən oğurlayırlar. Dan yeri ağaranda ev sahibi və qonşular oğurluqdan xəbər tuturlar.

Qonşular başlayırlar mollanı danlamağa ki, gərək ayıq yataydın, gərək tövlənin qapısına qıfıl vuraydın, gərək it saxlayaydın və sair. Dərdi başından aşan molla yandığından bilmir neyləsin, bir tərəfdən də qonşuların danlağı ona od vurur. Özünü saxlaya bilmir, deyir, ay qonşular, insafınız olsun, bir az da oğrunun əclaflığından, vicdansızlığından danışın…

Neçə illərdir başbilənlərimiz, mahir bilicilərimiz, qanunpərəstlərimiz “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” qanunları tökürlər qabaqlarına, ələkdən keçirdirlər, onlara düzəliş və dəyişikliklər edirlər. Çox gözəl, çox pakizə. 

İnsaf xatirinə deyək ki, bəzi düzəliş və dəyişikliklər mətbuatımızın ağ günə çıxmasına imkan yaradacaq və jurnalistikamızın inkişafına təkan verəcək. Amma bir əmma var ki, atalı-analı yetim jurnalistlərimiz sözügedən qanunlarımızdan tam faydalana, jurnalistlik fəaliyyətlərini tam icra edə bilmirlər. Ələləxüsus, xəbərlərin oxuculara operativ çatdırılmasına, informasiyanın əldə edilməsinə yaradılan süni maneələr mediamız üçün əsl başağrısıdır. Xüsusilə də bəzi KİV-lərin sıravi əməkdaşları baş redaktorların, redaktorların və şöbə müdirlərinin verdikləri tapşırıqları icra etməkdə, mövzuları, xəbərləri yazmaqda çox zorlanırlar, vaxt itkisi ilə üzləşirlər. 

İllər əvvəl jurnalistlərin informasiya almaq üçün birbaşa məsul şəxslə, məsələn, idarə müdiri ilə əlaqə saxlamalarına, suallara cavab almalarına şərait yaradılmışdı. Sonrakı illərdə çərxi fələk tərsinə dövran etdi. 
Vəziyyət o həddə çatıb ki, hər hansı bir dini məsələylə, dini problemlə bağlı mollaya zəng edirsən, ya telefona “prodüsser”i cavab verir, ya da molla deyir ki, suallarla bağlı “prodüsser”imə müraciət edin.

Müğənniyə zəng edirsən, analoji problem yaşanır. Suallara cavab almaq üçün mütləq müğənninin menecerinin “saqqızını oğurlamaq” lazım gəlir. Amma bunu hər jurnalist bacarmır.
Bəzi dövlət qurumlarına zəng edirsən, mətbuat katiblərinin, mətbuat xidməti rəhbərlərinin katibələri, köməkçiləri və ya əməkdaşları telefon zənglərinə cavab verirlər. Amma həmin katiblərdən, xidmət rəhbərlərindən, yaxud, onların yönləndirdikləri müvafiq şöbənin rəsmisindən suallara dərhal cavab almaq hər jurnalistin bəxtinə doğan gün olmur.

Hələ yazılı sorğuların qısa müddətdə cavablandırılmasını gözləmək jurnalist həyatının ən çətin sınağıdır. Bu sınaqdan üzüağ çıxmaq hər media əhlinin nəsibinə düşən tale payı olmur. Redaksiya rəhbərlərinin süni əngəllər üzündən informasiyaları operativ hazırlaya bilməyən həmkarlarımızın günlərini göy əskiyə bükmələri də az qala gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilir. 

Lakin insafla danışsaq, bəzi jurnalistləri informasiya blokadasında saxlayanların haqlı iradları var. Onlar bəzi həmkarlarımızın qeyri-peşəkarlığından şikayətlənir, onları sualları düşgün ünvanlamamaqda, məlumatsızlıqda ittiham edirlər. 

Amma neyləyəsən, balıq başdan iylənər, deyirlər. Mətbuat orqanlarında ixtisaslaşdırmanın aparılmaması, maddi imkansızlıq üzündən əlavə işçilər götürmək imkanından məhrum olan qəzet və sayt rəhbərinin jurnalisti müxtəlif mövzular yazmağa məcbur etməsi ayrıca bir dərddir. Ona görə də çanaq informasiya almaqda çətinliklə üzləşən və sərbəstliyi itən sadə qələm əhlinin başında çatlayır. İndi başbilənlərimizə, mahir bilicilərimizə, qanunpərəstlərimizə üzümü tutub deyirəm ki, qonşular kimi eşşəyi oğurlanmış molllanı danlamaqla bərabər oğrudan da bir az danışın. “Prodüsser”lərin, menecerlərin, mətbuat katiblərinin, mətbuat xidməti rəhbərlərinin süründürməçiliyinə əncam çəkin, peşəkarlıq səviyəsinin yüksəldilməsi üçün redaksiyalarda ixtisaslaşdırmanın aparılmasına nail olun, KİV rəhbərlərinin məcburi tapşırıqlarını, mövzularını yerinə yetirməkdə zorlanan sadə jurnalistlərə dəstək göstərin. 

Vallah, bu problemi çözsəniz, media əhlimizin xeyir-dualarını alacaqsınız, böyük savaba batacaqsınız.

Buyurun, meydan sizindir…

TƏBRİZ VƏFALI

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri