Icma.az
close
up
RU
“Monqol əti” şadlıq saraylarında: “AQTA nın əməkdaşlar işdən çıxanda toy başlayır”

“Monqol əti” şadlıq saraylarında: “AQTA nın əməkdaşlar işdən çıxanda toy başlayır”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İctimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirilib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib. Qurumdan bildirilib ki, son günlər aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. 

Bu səbəbdən yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir. Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır. 

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görüləcək. Hazırda şadlıq evləri və restoranlarda təşkil edilən mərasimlərdə təqdim edilən yeməklərlə bağlı istehlakçılar heç bir sənəd tələb etmir. Bəs. tələb etdiyi təqdirdə biznes sahibləri onu istehlakçıya təqdim edəcəkmi? Əgər bu gün “monqol əti”ni yerli qoyun əti adı altında baha qiymətə istehlakçıya təqdim edirsə, bununla bağlı həmin biznes sahiblərini cəza gözləyirmi? 

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, şadlıq evləri, restoranlar istehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdir: 

“Çünki orada bir neçə saat ərzində kütləvi insanların qidalanması baş verir və böyük qarışıqlıq müşahidə edilir. 

Sifarişçini mətbəxə buraxmırlar və sifarişçinin başı toya qarışır. Elə bilir ki, elə sifariş etdiyi qidaları verirlər. Əslində isə elə deyil. Təəssüf edirəm ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Tələb olunur ki, yalnız onun adı bilinməlidir. 

Bu vəziyyətdən istifadə edən şadlıq evləri, restoranların ənənəvi olmayan heyvan ətlərinin də yedizdirilməsi istisna olunmur. Bəlkə də hamımız bu yeməklərdən qidalanmışıq”. Ekpert bildirib ki, AQTA-nın apardığı bu iş çox zəruridir, ancaq kafi deyil:

“Ona görə kafi deyil ki, AQTA-da əməkdaşlar işdən çıxanda toylar, qonaqlıqlar başlayır. İstehlakçılar da bəzən tələb etmirlər. Üzümü istehlakçılara tutub deyirəm ki, restoranlardan yediyiniz qidaların sənədlərini tələb edin. Sizin buna hüququnuz var. 

Əgər belə bir problemlə üzləşərsizsə, 1003 Qaynar xətti ilə AQTA-ya məlumat verin. Qiymətə gəldikdə isə biznes qurumlarında qiymət sərbəstdir. Kim malını neçəyə istəsə sata bilər. Bu şərtlə ki, menyuda yazılmalıdır. Qiymətlə bağlı onları heç bir cəza gözləmir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: “Monqol əti” toy AQTA Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri