Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Monqolustan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb

Monqolustan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Monqolustan Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb. 

Bu barədə XQ-yə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Monqolustan Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Mayın 6-da heyət Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixi nəzərdən keçirilib və müşahidə edilən dinamikadan məmnunluq ifadə edilib. Həmçinin hüquq siyasətinin formalaşdırılması və qanunvericiliyin qəbulu və təkmilləşdirilməsi istiqamətlərində parlamentlə prokurorluq qurumlarının qarşılıqlı əməkdaşlığı təcrübəsi müzakirə edilib.

Bununla yanaşı, nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib.

Xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanması aktivliyi ilə seçilir və indiyədək Baş Prokurorluğun sorğusu əsasında 64 Plenum qərarı qəbul edilib.

Səfər çərçivəsində qonaq nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara Şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.

Nümayəndə heyəti, həmçinin, Milli Aviasiya Akademiyasında olub, burada qurulan müasir tədris infrastrukturu, elmi-tədqiqat imkanları, innovativ təhsil mühiti və beynəlxalq standartlara uyğun hazırlıq prosesi ilə tanış olub. Akademiyada keçirilən görüş zamanı qonaqlar və təhsil müəssisəsinin tələbələrinə "Beynəlxalq hüquqi əməkdaşlığın əhəmiyyəti" mövzusunda mühazirə təqdim olunub, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.

Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində Şamaxı şəhərini ziyarət edən qonaqlar orada regional "ASAN xidmət" mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar.

Bununla yanaşı, nümayəndə səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Bakı şəhərində Milli Tarix Muzeyi, Şamaxı şəhərində isə Cümə məscidi, Rəsədxana və digər memarlıq abidələri tanış olublar.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri