Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Milli Məclisin Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Monqolustan parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Zahid Oruc iki ölkə arasında parlamentlərarası münasibətlərin qarşılıqlı etimad və dostluq prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın bu günlərdə Monqolustanın Baş prokuroru ilə keçirdiyi görüşü xatırladan Zahid Oruc, belə görüşlərin əhəmiyyətini vurğulayıb.
O, parlament səviyyəsində qarşılıqlı səfərlərin, komitələrarası təmasların və birgə təşəbbüslərin daha da intensivləşəcəyinə inamını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Monqolustan arasında əlaqələrin genişlənməsi yalnız siyasi deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafına yeni imkanlar yaradacaq.
Monqolustan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sonqobayn Zamira Monqolustan ilə Azərbaycan arasında münasibətlərin son illərdə dinamik inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, dövlətlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr parlament diplomatiyasının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onlayn görüşdə Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Monqolustan Parlamentinin Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvləri çıxış edərək dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, parlament diplomatiyasının ikitərəfli əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 May 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















