Icma.az
close
up
RU
Montella bu dəfə yığmaya neçə debütant çağırdı?

Montella bu dəfə yığmaya neçə debütant çağırdı?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyə yığmasının qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

''Ay-ulduzlular'' Millətlər Liqasında noyabrın 16-da evdə Uels, noyabrın 19-da isə səfərdə Monteneqro ilə qarşılaşacaq. Baş məşqçi Vinçentso Montella tərəfindən müəyyənləşdirilən 28 nəfərlik bu dəfəki siyahıda iki debütant var. Söhbət Dəniz Gül və Doğucan Haspolatdan gedir. İsveçdə doğulan və bu yay 4,5 milyon avroya ''Portu''ya transfer olunan Dəniz Gülün yığmaya çağırılacaği barədə son dönəmlər Türkiyə mətbuatında bir çox xəbərlər yazılmışdı. 19 yaşlı forvardın İsveçin U-19, U-20, U-21 yığmalarında oynamasına baxmayaraq Türkiyə yığmasına üstünlük verdiyi məlum olmuşdu. 2000-ci il təvəllüdlü Haspolat isə Niderlandda doğulub və karyerasına ''Ekselsior''da başlayıb. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Haspolat Türkiyədə ''Kasımpaşa'' və ''Trabzonspor''un şərəfini qoruduqdan sonra ötən ilin yayında Belçika təmsilçisi ''Vesterlo''ya transfer olundu. Bu mövsüm o, ''Vesterlo''da 13 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. 24 yaşlı futbolçu daha öncə 14 dəfə Niderlandın U-17, 6 dəfə Niderlandın U-18 və 5 dəfə Türkiyənin U-21 yığmasının şərəfini qoruyub.
Onu da bildirək ki, Doğan Aləmdar, İrfan Can Kahveci, Ozan Kabak və Yusuf Yazıcı zədə üzündən bu dəfə yığmadan kənar qalıb. Sonda tam siyahını sizə təqdim edirik:
qapıçılar - Altay Bayındır (Mançester Yunayted), Mərt Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor), Muhammed Şengezər (İstanbul BŞ); müdafiəçilər - Əbdülkərim Bardakcı, Kaan Ayhan (hər ikisi ''Qalatasaray''), Çağlar Söyüncü, Mərt Müldür, Samet Akaydın (hamısı ''Fənərbaxça''), Əmirhan Topçu (Beşiktaş), Ərən Elmalı (Trabzonspor), Fərdi Kadıoğlu (Brayton), Merih Dəmiral (Əl-Əhli), Zəki Çəlik (Roma); yarımmüdafiəçilər - İsmayıl Yüksək - (Fənərbaxça), Yunus Akgün (Qalatasaray), Hakan Çalhanoğlu (İnter), Doğucan Haspolat (Vesterlo), Okay Yokuşlu (Trabzonspor), Kərəm Aktürkoğlu, Orkun Kökçü (hər ikisi ''Benfika''), Arda Gülər (Real), Kənan Yıldız (Yuventus); hücumçular - Barış Alpər Yılmaz (Qalatasaray), Semih Kılıçsoy (Beşiktaş), Ahmed Kutucu (Eyüpspor), Enes Ünal (Bornmut), Dəniz Gül (Portu).
ƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see633

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see435

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see282

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see280

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see260

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see253

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see245

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see242

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see242

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see237

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see235

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see226

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see224

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see208

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see205

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see203

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see199

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see193

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see188

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri