Montella Türkiyənin rəqiblərindən danışdı: Əlbəttə ki, bu, xüsusi oyun olacaq
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqası A-da Fransa, İtaliya və Belçika ilə eyni qrupda mübarizə aparmalarına toxunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qrupu çox çətin sayıb.
Montella bildirib ki, Türkiyə Avropanın ən yaxşı komandaları ilə üz-üzə eyni qrupda mübarizə aparacaq: "Onlara qarşı oynamaq və bu səviyyədə olmaq çox vacibdir. Hazırda diqqətimiz mart ayında keçiriləcək oyunlarımıza yönələcək."
O, doğulduğu İtaliya ilə qrupda oynacaqlarına belə münasibət bildirib: "Əlbəttə ki, bu, xüsusi oyun olacaq. Keçən il Bolonyada İtaliya ilə yoldaşlıq oyunu oynadıq. Bu dəfə onlarla daha rəsmi bir matçda böyük hədəf uğrunda qarşılaşacağıq. Həyəcanlı oyun olacaq".
Tahir Şəlvəli
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 Fevral 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















