Monteneqro Prezidenti: ABŞ ın Ukraynada sülh üçün səylərini alqışlayırıq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Podqoritsa, 24 may, AZƏRTAC
Monteneqro ABŞ administrasiyasının Ukraynada davamlı sülhün əldə olunmasına dair bütün səylərini alqışlayır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Monteneqro Prezidenti Yakov Milatoviç ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşdə deyib.
O, Monteneqronun ABŞ-ın müttəfiqi, etibarlı tərəfdaşı və dost ölkəsi olduğunu vurğulayıb: “Monteneqro və ABŞ ikitərəfli əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır. Biz razılaşdıq ki, müdafiə və iqtisadiyyat ilə investisiya sahəsi əməkdaşlığın təkmilləşdirilməsi üsullarının tapılmalı olduğu iki əsas sahədir”.
Yakov Milatoviç, həmçinin ölkəsinin ABŞ-ın dünyada çoxsaylı digər münaqişələrlə bağlı səylərini alqışladığını əlavə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Baxış sayı:65
Bu xəbər 24 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















