Monteneqro prezidenti İlham Əliyevi təbrik etdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
Çoxsaylı dünya liderlərini bir araya gətirən COP29 Sammitinin uğurlu təşkili münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm.
Modern.az xəbər verir ki, Monteneqro Prezidenti Yakov Milatoviç bu barədə rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Bakıda BMT-nin COP29 Sammitində olduğum müddətdə Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar görüşüm oldu. Mən onu iqlim dəyişikliyinin qlobal çağırışı mövzusunda çoxsaylı dünya liderlərini bir araya gətirən Sammitin uğurlu təşkili münasibətilə təbrik etdim. Monteneqro və Azərbaycan dost ölkələrdir. Xüsusilə enerji, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq üçün böyük potensial var. Monteneqro ilə Azərbaycan arasında möhkəm münasibətlər gələcək əməkdaşlıq üçün gözəl zəmin yaradır və iki ölkə prezidentlərinin bugünkü görüşü hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaşlıqda dönüş nöqtəsi ola bilər”, - deyə Monteneqro Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Noyabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















