Icma.az
close
up
RU
Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu Foto

Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu Foto

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasında adı hallananlar arasında Azərbaycan vətəndaşı da var.

“Qafqazinfo”nun məlumatına görə, hazırda həbsdə olduğu bildirilən şəxsin kimliyi məlum olub. Belə ki, bu, 31 yaşlı Yaqub Qurbanovdur.

Həmin şəxsin iş yoldaşı Nəcəf Nəcəfli saytımıza müraciət edərək bildirib ki, hadisə oktyabrın 26-sı yaşadıqları binanın daşlanmasından sonra baş verib: “Biz burada tikinti işində çalışırıq və həm də yataqxanada yaşayırıq. Yerli sakinlər yaşadığımız binanı daşlamağa başladılar. Biz də polisə müraciət etdik. Polis də gəlib yataqxanada qalan 45 nəfər azərbaycanlını apardı bölməyə. İş yoldaşlarımız arasında türklər də var idi. Hətta yolda da bizdən kimi görsələr, tutub aparırdılar. Həmin gün düz gecə saat 4-ə kimi bizi orada saxladılar. Sonra bizi buraxdılar, amma Yaqubu buraxmadılar. Səbəb kimi isə Yaqubun ayaqqabısını şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşatmaqları göstərilib. Bıçaqlanma hadisəsini törədən Türkiyə vətəndaşı olub və o qaçıb. Bizi də Türkiyə vətəndaşı bilirlər və belə daşlayırlar. Artıq 36 saatdan çoxdur ki, Yaqub polis bölməsində saxlanılır”.

N.Nəcəfli deyir ki, yataqxanada kameralar var və bütün giriş-çıxışlar görünür: “Əgər belə bir şeylə ittiham olunuruqsa, gəlib kameraları açıb baxsınlar. Biz bura çörəkpulu dalınca gəlmişik. Dövlətimin, millətimizin üzünü qara edəcək heç nə etməmişik. İndi də vəziyyət çox pisdir. Səhərə qədər bizim binanı daşlayıblar, yata bilməmişik. Axırda da  polis maşınını gətirib saxladılar burada. Küçələrdə də “türklər buranı tərk etsin, türklərə ölüm” şüarları ilə mitinqlər gedir. Dövlətimizdən kömək gözləyirik. Yaqub buraxılsın, onun heç bir günahı yoxdur”.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etmişik.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı 45 nəfər keçici olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib. Bundan sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib. Oktyabrın 27-si polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.

Lamiyə Məmmədova 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri