Icma.az
close
up
RU
Monteneqroda nə baş verir? Onlarla azərbaycanlı saxlanıldı

Monteneqroda nə baş verir? Onlarla azərbaycanlı saxlanıldı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Monteneqro paytaxtı Podqoritsada baş verən kütləvi iğtişaşlardan sonra onlarla Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb. 

Modern.az-ın məlumatına görə, insident yerli sakinlə türkiyəli şəxslər arasında baş verən davadan sonra başlayıb. Qarşıdurma zamanı monteneqrolu kişi bıçaqlanıb, lakin onun həyatı üçün təhlükə olmayıb. Hadisə şəhərdə Türkiyə vətəndaşlarına qarşı aqressiyanı və vandalizm aktlarını alovlandırıb.

Məlumata görə, insident Podqoritsanın Zabjelo rayonunda baş verib. Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup türkiyəli ilə mübahisə edib və dava zamanı bıçaqlanıb. Bundan sonra bölgədə gərginlik artıb, sakinlər gecə saatlarında “xalq patrulları” yaradaraq küçələrdə nəzarətə çıxıblar. Polis həm ilkin hücum, həm də sonrakı zorakılıq halları ilə bağlı istintaq aparır.

Bazar günü Podqoritsa sakinləri Türkiyə nömrəli avtomobillərə ziyan vurub, bir qrup şəxs isə türklərə məxsus kazinonu mühasirəyə alıb.

Şəhər mərkəzində yerləşən türkiyəli sahibkara məxsus kafe yandırılıb. Polis açıqlayıb ki, bıçaqlanma hadisəsi ilə bağlı iki nəfər - biri Türkiyə, digəri Azərbaycan vətəndaşı saxlanılıb. Bundan başqa, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan yeddisi cərimələnib, səkkiz nəfərə deportasiya qərarı çıxarılıb, iki nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.

Hadisələr fonunda Monteneqro prezidenti Yakov Milatoviç əhalini sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç isə Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılacağını açıqlayıb. O bildirib ki, bu qərar hökumətin Ankarayla apardığı “intensiv məsləhətləşmələr” dövründə sürətlə qüvvəyə minəcək. Hazırda türkiyəlilər Monteneqroda vizasız 90 günədək qala bilirlər.

Rəsmi Podqoritsa bu addımı Avropa İttifaqının təzyiqləri fonunda atır. Brüssel Qərbi Balkan ölkələrindən vizə siyasətlərini Avropa standartlarına uyğunlaşdırmağı tələb edir. Aİ ölkələrinə daxil olmaq üçün türkiyəlilər viza almalı olsalar da, Monteneqro hələ də Türkiyə, Rusiya, Çin və Azərbaycan da daxil olmaqla yeddi ölkə vətəndaşına vizasız giriş imkanı verir.

Monteneqroda son illər türkiyəlilərin iştirakı əhəmiyyətli dərəcədə artıb. Ölkənin Statistika İdarəsinin məlumatına görə, hazırda burada 13 mindən çox Türkiyə vətəndaşı yaşayır, türkiyəli iş adamlarına məxsus 6 800-dən çox şirkət qeydiyyatdan keçib. Bu, ölkədəki bütün xarici bizneslərin təxminən 28 faizinə bərabərdir.

Hadisəyə Ankara da dərhal reaksiya verib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqronun baş naziri Miloyko Spayiç və XİN rəhbəri Ervin İbrahimoviçlə telefon danışığı apararaq Türkiyə vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tələb edib. Daha sonra Türkiyə XİN “narahatedici hadisələrdən dərin təəssüf” ifadə edən bəyanat yayıb.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri