Monzada “McLaren” mexanikləri mövsümün ən sürətli pit stopunu həyata keçiriblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
İtaliya Qran-Prisi çərçivəsində Monzada keçirilmiş yarışda mövsümdə üçüncü dəfə ən sürətli pit-stopu “McLaren”in mexanikləri ediblər. AZƏRTAC xəbər verir ki, Oskar Piastrinin maşınında təkərlərin dəyişdirilməsi 1,91 saniyə çəkib. Bu, mövsümün ən yaxşı nəticəsi və “Formula-1” tarixində vaxt göstəricisinə görə 12-ci pit-stopdur.
İkinci ən sürətli pit-stopu “Ferrari” komandası həyata keçirib, belə ki, Şarl Leklerin maşınına texniki xidmət 2,12 saniyə çəkib. Üçüncü yerdə “Racing Bulls” mexaniklərinin pit-stopu qərarlaşıb – 2,18 saniyə. Daha sonra “Ferrari” (2,19), “Red Bull” (2,19 və 2,21), “Racing Bulls” (2,22) və “Alpine” (2,85) gəlir.
Mövsümdə ən yaxşı pit-stopların sayı:
1. “Ferrari” – 9
2. “McLaren” – 3
3. “Kick-Sauber” – 2
= “Red Bull” – 2
2025 mövsümünün ən sürətli on pit-stopu:
1. “McLaren” – 1,91 (İtaliya, Oskar Piastri)
2. “McLaren” – 1,94 (Macarıstan, Lando Norris) = “McLaren” – 1,94 (Macarıstan, Oskar Piastri)
3. “Red Bull” – 1,97 (Macarıstan, Yuki Tsunoda)
4. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı, Şarl Lekler) = “Ferrari” – 2,00 (Monako, Şarl Lekler)
5. “Ferrari” – 2,04 (İmola, Şarl Lekler) = “Ferrari” – 2,04 (Macarıstan, Şarl Lekler)
6. “Ferrari” – 2,05 (Çin, Şarl Lekler)
7. “Red Bull” – 2,06 (Böyük Britaniya, Yuki Tsunoda)
Komandalar üzrə ən yaxşı pit-stoplar:
1. “McLaren” – 1,91 (İtaliya)
2. “Red Bull” – 1,97 (Macarıstan)
3. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı və Monako)
4. “Racing Bulls” – 2,08 (Çin)
5. “Kick-Sauber” – 2,13 (İspaniya)
6. “Alpine” – 2,15 (İspaniya)
7. “Mercedes” – 2,21 (Böyük Britaniya)
8. “Aston Martin” – 2,37 (Macarıstan)
9. “Haas” – 2,49 (Avstraliya)
10. “Williams” – 2,49 (Macarıstan)


