Moody s ABB nin kredit reytinqini təsdiqləyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq reytinq agentliyi "Moody's" Azərbaycanın ən böyük bankı olan ABB-nin uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "sabit" saxlayıb.
"APA-Economics" xəbər verir ki, Moody's qərarını bankın güclü bazar mövqeyi, yaxşı mənfəətliliyi, yüksək kapitallaşma səviyyəsi və kifayət qədər likvidlik ehtiyatları ilə əsaslandırıb.
Agentliyin qiymətləndirməsinə görə, ABB ölkənin bank sektorunda aparıcı mövqeyini qoruyur və maliyyə göstəriciləri reytinq səviyyəsini dəstəkləyir.
Moody's həmçinin qeyd edib ki, ABB 2026-cı ilin may ayında Özbəkistanda fəaliyyət göstərən Davr Bankda nəzarət paketinin alınması niyyətini açıqlayıb. Agentliyin məlumatına görə, pərakəndə kreditləşmə üzrə ixtisaslaşan Davr Bank ABB-nin aktivlərinin təxminən 12%-nə bərabərdir.
Qeyd edək ki, Ba1 reytinqi investisiya səviyyəsindən bir pillə aşağı hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 15 İyun 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















