Icma.az
close
up
RU
“Moped sürücüləri üçün sürücülük vəsiqəsi tələbi tamamilə doğrudur” Ekspert

“Moped sürücüləri üçün sürücülük vəsiqəsi tələbi tamamilə doğrudur” Ekspert

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

 Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. 


Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.


Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli də Sherg.az-a  açıqlamasında moped sürücülərindən sürücülük vəsiqəsi tələbini düzgün qərar kimi dəyərləndirib. Onun sözlərinə görə, indi moped deyilir, əslində isə bu motosikletdir. Və ayrıca kateqoriyaya daxildir: “Necə ki, yüksəktonnajlı avtomobillər, sərnişindaşıma vasitələri, yük avtomobilləri, hətta qoşqulu motosikletlər – hər biri ayrıca kateqoriyadır və bu nəqliyyat vasitələrinin idarə edilməsi üçün imtahan verib sürücülük vəsiqəsi əldə edirlər, eləcə də mopedləri idarə edənlərin sürücülük vəsiqəsi olmalıdır. Amma təbii ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanda hər bir kateqoriya üzrə suallar fərqli olmalıdır. Moped sürücüsünə ictimai nəqliyyatı idarə etməyə iddialı şəxsə veriləcək sualların verilməsi düzgün olmaz. Moped sürücüləri üçün imtahan suallarının sadələşdirilməsi vacibdir. Bu, onların sürücülük vəsiqəsini qısa zamanda əldə etməsinə kömək edər. Süründürməçilik lazım deyil”


Hazırda dünyada onlayn və sürətli çatdırılma xidməti tendensiyasının yayıldığını xatırladan İ. Hüseynli qeyd edib ki, 24 saat, fasiləsiz bu xidmət sektoru işləyir:

 “Bunu zaman tələb edir. İnsanlar evdə, iş yerində olduqları halda sifariş verir və sifarişlərinin tez bir zamanda çatdırılmasını tələb edirlər. Moped sürücüləri də həyatlarını riskə ataraq sifarişi mümkün qədər tez çatdırmağa çalışır. Bu, əmək bazarının inkişafına, yeni iş yerlənin yaranmasına, insanların işlə təmin edilməsinə də kömək edir. Amma əlbəttə ki, bu, kimsəyə yol hərəkəti qaydalarını pozmağa, digərlərinin həyatını təhlükəyə atmağa əsas vermir. “Yol hərəkəti qaydaları”na zəruri dəyişikliklər də məhz bu məqsədlə edilib. Bəzən görürük ki, moped sürücüləri yol hərəkəti qaydalarını pozur, digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlara daxil olurlar. Bu ona görə baş verir ki, mopedlər üçün ayrıca, xüsusi zolaqlar yoxdur. Yaxşı olar ki, mopedlər üçün xüsusi zolaqlar ayrılsın, ya da onlara velosiped zolaqlarından istiadə imkanı verilsin.  Belədə təhlükələr minimuma enər”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri