Moped sürücüsü vurduğu piyadayla birlikdə yola yıxıldı, ardınca dava düşdü VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 14-də saat 16:10 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, mopedi yüksək sürətlə idarə edən sürücü dəfələrlə manevr qaydasını pozub. Belə ki, o, maşınların arasından keçərək hərəkət edib və bu vaxt yolu təyin olunmamış yerdən keçən piyadanı vurub. Nəticədə piyada və moped sürücüsü yola yıxılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Görüntünü qeydə alan sürücünün sözlərinə əsasən, qəzaya səbəb olan motosikletçi daha sonra piyadaya əsəbiləşərək onunla mübahisə edib.
Nərmin

Kaskasız moped sürücüsü asfalta çırpıldı Video
18 İyul 2025 15:27
Qeybdən gələn moped sürücüsü yola qəfil çıxaraq təhlükə yaratdı VİDEO
12 Avqust 2025 09:02
Sərxoş moped sürücüsü təhlükəli anlar yaşatdı VİDEO
27 Dekabr 2024 10:40
Əks yola çıxan moped sürücüsü təkər qaldırıb “şou” da göstərdi VİDEO
24 İyul 2025 15:03
Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu ANBAAN VİDEO
09 İyul 2025 18:31

