Moratanın həyat yoldaşından etiraf: Həyatımızın ən böyük səhvi oldu
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alvaro Moratanın həyat yoldaşı Aliçe Kampello İtaliyada yayınlanan ''Verissimo''adlı tok-şouya maraqlı açıqlamalar verib.
Qeyd edək ki, bu mövsümün qış fasiləsində ''Milan''dan ayrılaraq icarə əsasında ''Qalatasaray''a gələn Morata ilə ''instaqram''da 3,7 milyon təqibçisi olan model Aliçe Kampello 2017-dən birlikdədi. Cütlüyün 4 övladı var. Onlar ötən ilin avqustunda sürpriz şəkildə ayrılıqlarını açıqlasalar da, yanvarda yenidən barışmağa və münasibətlərinə ikinci dəfə şans verməyə qərar verdilər. Ayrıldıqları dönəm haqda diqqətçəkən açıqlamalar verən Kampello bunları deyib:
''İkimiz də etiraf edə bilərik ki, bir-birimizdən ayrılmaq həyatımızın ən yanlış qərarı oldu. Öz aramızda tez-tez bu mövzunu müzakirə edirik. Bu qərarı necə və nəyə görə verdiyimizi anlamırıq. Ancaq digər tərəfdən bu qərar bizə çox şey öyrətdi. Çünki bir-birimiz olmadan yaşamağın necə bir şey olduğunu görmüş olduq. Atamla hər zaman çox yaxın olmuşam. O da ayrıldığımızı eşidəndə çox əsəbləşmişdi. Özünə gələ bilmirdi. Çünki bir-birini bu dərəcədə sevən iki insanın bu qədər gözəl gedən münasibəti bir andaca nə üçün məhv etdiklərini anlaya bilmirdi. Aşıladıqları dəyərlərə və mənə hər zaman doğru söylədiklərinə görə ailəmə təşəkkürümü bildirirəm. Bu dərəcədə özümüzü uşaq kimi aparmamalı idik''. İspaniya yığması ilə ötən yay Avropa Çempionatının qalibi olan 32 yaşlı Moratanın indiyə qədər ''sarı-qırmızılar''da 8 rəsmi oyuna çıxaraq 3 qol, 1 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 09 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















