Icma.az
close
up
RU
Morqda dəhşətli ticarət: Bədən hissələrini kosmetoloqlara satıblar AÇIQLAMA

Morqda dəhşətli ticarət: Bədən hissələrini kosmetoloqlara satıblar AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sankt-Peterburqda xəstəxananın morqunda unudulmuş və tələb olunmayan mərhumların bədən hissələri kommersiya şirkətlərinə satılıb və bu materiallar kosmetologiya, stomatologiya və cərrahiyyə sahələrində təcrübə üçün istifadə edilib. Saxlanılanlar arasında xəstəxananın patoloji-anatomiya şöbəsinin müdiri və kommersiya təşkilatının təsisçisi də var, morqda həmçinin bədən hissələri və digər bioloji materiallar müsadirə olunub və cinayət işi açılıb.
Bəs bu kimi hallar hüquqi baxımdan necə tənzimlənir?
Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, qanunvericiliyə əsasən heç bir insanın bədəni və ya bədən hissələri əsassız və icazəsiz şəkildə istifadə oluna və satıla bilməz:
“Bu, istər canlı insanlara, istərsə də mərhumlara şamil olunan fundamental hüquqi prinsipdir. Belə hallarda ya həmin şəxsin sağlığında verdiyi açıq razılıq, ya da ölümündən sonra ailə üzvlərinin və ya qanuni nümayəndələrinin icazəsi olmalıdır. Bu şərtlərdən hər hansı biri olmadan insan bədəni üzərində hər cür kommersiya fəaliyyəti birbaşa qanun pozuntusu hesab edilir. Bildiyim və beynəlxalq praktikadan da göründüyü kimi, demək olar ki, bütün ölkələrdə insan bədəninin və ya orqanlarının satışı ilə bağlı ciddi cəza tədbirləri mövcuddur. Qanunlar ölkədən-ölkəyə fərqlənsə də, mahiyyət eynidir. İnsan bədəni ticarət predmeti deyil. Xüsusilə də mərhumların bədən hissələrinin gizli şəkildə çıxarılması və kommersiya şirkətlərinə satılması həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Ölüm insanın hüquqlarını tamamilə aradan qaldırmır və mərhumun bədəni də qanun və etik normalarla qorunmalıdır”.
Mərhumların bədən hissələrinin gizli şəkildə çıxarılması və kommersiya şirkətlərinə satılması həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Ölüm insanın hüquqlarını tamamilə aradan qaldırmır və mərhumun bədəni də qanun və etik normalarla qorunmalıdır. Bu hadisə həm tibb müəssisələrində nəzarətin gücləndirilməsi, həm də cəmiyyətdə bioetika məsələlərinin yenidən müzakirə edilməsi zərurətini ortaya qoyur.
Leyla Turan
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri