Icma.az
close
up
RU
Moskva Bakı ilə normallaşma istəyir: Putinin salamı hesablanmış addımdır

Moskva Bakı ilə normallaşma istəyir: Putinin salamı hesablanmış addımdır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Politoloq: “Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır”



Rusiya Prezidenti Vladimir Putin uzun müddət sonra Azərbaycanla gərgin münasibətlərdən danışıb. Kreml rəhbəri Çində Prezident İlham Əliyevlə salamlaşaraq, iki-üç kəlmə danışdığını deyib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edən Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar yaranır, problemlər var: "Lakin mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq". Bəzi ekspertlər Çində Prezident İlham Əliyevlə Putinin ayaqüstü salamlaşmasını təsadüfi sayır, bundan ciddi nəticələr gözləməyə dəymədiyini söyləyirlər. Hesab edirlər ki, Rusiya-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla  Rusiya qonşu ölkələrdir və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq daim yüksək səviyyədə olub. Amma Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır. Rusiya özü Azərbaycanla fundamental problemlər yaratsa da, Moskvanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. Lakin bir sıra şərhçilər Putinin açıqlamasından sonra münasibətlərin normallaşmağa doğru gedəcəyini, ayaqüstü görüşün təsadüfi olmadığını düşünürlər. 

Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, Çində Rusiya və Azərbaycan prezidentlərinin salamlaşması sadəcə jest xatirinə deyildi. Düzdür, beynəlxalq münasibətlərdə nəzakət xatirinə belə salamlaşmalar olur, hətta açıq düşmənçilik mövqeyi sərgiləyən dövlətlərin rəhbərləri belə salamlaşmadan qaçmırlar. Amma ekspert düşünür ki, Çində Rusiya Prezidenti Vladimir Putinin dövlət başçısı İlham Əliyevə yaxınlaşması, salamlaşması hesablanmış addım idi:

 "Görünür, Rusiya Azərbaycanla münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atmaq niyyətindədir. Ən azından bunu istəyir. Putin bu hərəkəti ilə hər kəsə, xüsusən Rusiyada Azərbaycanla münasibətlərin korlanmasını istəyənlərə və buna çalışanlara göstərdi ki, Bakı ilə əlaqələri normallaşdırmaq arzusundadır. Günah bizdə deyil. İkitərəfli münasibətlərin pisləşməsinin səbəbkarı məhz Moskvadır. Rusiya postsovet ölkələrini özünün quberniyası kimi görür. Əfsuslar ki, Kremldə oturanlar bu təfəkkürdən xilas ola bilmirlər. Rusiyanın problemi Cənubi Qafqazda hansısa formada ilişib qalmaqdır. Hər halda Rusiyanın mövqeyində dəyişiklik olacağını söyləmək mümkündür. Artıq Kreml rəhbəri qəbul edir ki, Azərbaycanla bağlı son günlərdə həyata keçirilən qərəzli siyasət, ölkəmizi hücumla, ordu yeritməklə hədələmək uğursuz oldu. Düzdür, Zəngəzur dəhlizi istiqamətində konkret addımların atılması Moskvanı daha çox qızışdırdı. Lakin Rusiya dərk edir ki, təkbaşına Zəngəzur dəhlizinə nəzarət etməsi qeyri-mümkündür. Moskva üçün ən optimal yol dəhlizi əngəlləmək yox, dəhlizin imkanlarından yararlanmaqdır. Bunun üçün də Azərbaycanla münasibətlərdə mütləq yumşalma olmalıdır. Şimal-Cənub Dəhlizindən keçid Azərbaycanın razılığı olmadan mümkün deyil. Ona görə də rus rəsmiləri son günlərdə daha çox iqtisadi münasibətlərin bərpasından, önəmindən danışırlar". 


Q.Əlibəyli vurğulayıb ki, Putin başa düşür ki, Azərbaycanla "qırmızı xətti" çox keçmək lazım deyil:

 "Dövlətlərarası münasibətlərdə müəyyən problemlərin yaşanması, ziddiyyətlərin olması təbiidir. Əsas odur ki, mövcud gərginliyin aradan qaldırılması üçün əməli addımlar atılsın. Münasibətləri normallaşdırmaq niyyəti, istəyi olsun. Putinin salamlaşması və sonrakı açıqlaması göstərir ki, Rusiya Azərbaycanla əlaqələri düzəltmək istəyir. Yəqin ki, bundan sonra başqa açıqlamaların da şahidi olacağıq". 


Analitik əlavə edib ki, Rusiya Azərbaycanın qətiyyətli mövqeyindən sonra həm Bakı ilə, həm də Orta Asiya ölkələri ilə bir qədər ehtiyatlı davranacaq: 

"Moskva çalışacaq ki, başqa metodlardan istifadə etsin. Çünki təzyiq və təhdid dili artıq istənilən nəticəni vermir. Rusiyanın artıq Azərbaycana siyasi və iqtisadi təsir imkanları yoxdur. Sadəcə, diaspor və soydaşlarımızla bağlı problemlər yaşanır. Amma görünən odur ki, soydaşlarımızla bağlı təzyiqlər də nəticəsiz qalmaqdadır". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri