Icma.az
close
up
RU
Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır

Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 1-dən Rusiyada miqrantlarla bağlı yeni, əhəmiyyətli dərəcədə sərt qaydalar qüvvəyə minib. Bununla əlaqədar ölkədə yaşamaq icazəsinin müddəti bitmiş şəxslərin deportasiyası həyata keçirilir. Deportasiya edilənlər arasında Azərbaycan vətəndaşları da var.

Axar.az xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, yanvarın 16-da Stavropolda daha bir qanun pozucuları qrupunun məhkəməsi keçirilib. Müəyyən edilib ki, beş Azərbaycan və bir Özbəkistan vətəndaşı Rusiya ərazisində olma müddətini keçib. Onlar ölkəni tərk etməyi planlaşdırmayıb və bununla da Rusiyada xarici vətəndaşların hüquqi statusu haqqında qanunu pozublar. Prosesdə təqsirləndirilən şəxslər təqsirli olduqlarını etiraf ediblər. Onlara cərimə kəsilib və Rusiyadan zorla deportasiya olunmalarına qərar verilib. Məhkəmənin qərarları hələ qanuni qüvvəyə minməyib. Lakin deportasiyaya göndərilən bir qrup Azərbaycan vətəndaşı quru sərhədlərinin bağlanması ilə əlaqədar Dağıstanda qalıb. Onlardan biri, Teymur Abdullayev adlı miqrant sosial şəbəkədəki səhifəsində yazıb ki, o, digər 6 Azərbaycan vətəndaşı ilə birlikdə deportasiya qərarı alıb. Amma quru sərhədləri bağlı olduğundan onlar Dağıstan istiqamətində sərhədi keçə bilməyib və hazırda Mahaçqaladakı polis bölmələrindən birindədirlər.

“Rusiya bizi buraxdı, Azərbaycan isə sərhədləri bağladığına görə bizi geri qaytardı. Biz indi Mahaçqalada polis bölməsindəyik və daha 20-yə yaxın azərbaycanlı miqrant Dağıstanda müvəqqəti saxlanma təcridxanalarındadır. Onlar mərhələli şəkildə sərhədə göndərilir. Bizim qarşımıza şərt qoydular: Azərbaycan qəbul etməsə, müqavilə bağla və altı ay Ukraynada döyüş. Əgər ölsəniz, hər ay hesab açıb ailələrinizə pul köçürəcəyik. Sağ qalıb qayıtsanız, avtomatik olaraq vətəndaşlıq alacaqsınız. Hərbi əməliyyatlarda iştirak müddəti üçün 4 milyon rubl ödəməyə söz verirlər. Tərcüməçi olmasaydı, biz artıq müqavilə bağlamağa məcbur olacaqdıq”, - o bildirib.

Teymur Abdullayev onu da deyib ki, polis idarəsinin həyətində tikinti işləri aparmağa məcbur edilirlər:

“Burada bəzi qəzalı binalar var, onları təmir edirik. Azərbaycan bizi qəbul edənə qədər burada qalacağıq”.

Qeyd edək ki, yeni qaydalara əsasən, Rusiya vətəndaşlığını qəbul etmiş miqrantlar müəyyən edilmiş müddətdə hərbi komissarlıqda qeydiyyatdan keçməli olurlar. Əks halda onların vətəndaşlığı ləğv edilir və deportasiya qərarı verilir. Bir neçə gün əvvəl Stavropolda bu tələbə əməl edilmədiyi üçün keçmiş sovet respublikalarından olan 4 miqrantın vətəndaşlığı ləğv edilərək deportasiya edilib. Rusiya hakimiyyəti ötən il ölkədən 80 min miqrantın deportasiya edildiyini bildirib. Bu il prosesin daha da sürətlənəcəyi gözlənilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyada qanunsuz miqrantların sayı 760 min nəfərə yaxınlaşır.

Maraqlıdır ki, Rusiya bağlı olduğunu bildiyi halda azərbaycanlıları “quru sərhəddən” yola salıb. halbuki adətən deport haqqında qərar çıxarılan şəxs təyyarəyə mindirilərək, ölkədən çıxarılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri